Qarabağ
BMT TŞ-də Qarabağ müzakirəsinin detalları - Bakını nə gözləyir?
Sabah – 16 avqustda BMT Təhlükəsizlik Şurasında Ermənistanın xahişi ilə “Qarabağdakı vəziyyət” müzakirə olunacaq. Ermənisanın təxribatından sonra Laçın səhəd-keçid məntəqəsi yüklər üçün bağlanıb, lakin mülki əhalinin sərbəst hərəkətində problem yoxdur. Rəsmi Bakı Qarabağdakı erməni əhalisinin təminatını öz ərazisindən – Ağdam-Xankəndi marşrutu üzrə həyata keçirilməsini təklif edir, lakin Ermənistan və separatçılar buna mane olur. Ermənistan və separatçılar Laçın postunun yüklər üçün açılması istiqamətində “yardım şousu”ndan tutmuş, qarayaxma kampaniyasına qədər müxtəlif yollara əl atdı, lakin nəticə əldə edə bilmədilər. BMT Təlükəsizlik Şurasında keçiriləcək müzakirələrə son çıxış yolu olaraq baxırlar və ümid edirlər ki, rəsmi Bakıya bu yolla təzyiq edə biləcəklər.
Baş verənlər fonunda BMT TŞ-dəki müzakirələrin prosedur qaydaları maraqlıdır.
Publika.az xəbər verir ki, iclas BMT TŞ-nin 15 üzvünün – 5 daimi, 10 qeyri-daimi üzvlər - iştirakı ilə açıq rejimdə keçiriləcək. Bu ay TŞ-yə ABŞ rəhbərlik etdiyi üçün iclası da amerikalılar aparacaq. Bununla yanaşı, Azərbaycan və Ermənistan nümayəndələri də orada olacaq və müzakirələrdə çıxış edəcəklər.
Prosedura görə daimi və qeyri-daimi üzv ölkələrin hamısının nümayəndəsi çıxış edəcək. BMT TŞ-də üç sənəd qəbul edə bilər: qətnamə, bəyanat və ya mətbuata açıqlama;
Mətbuata açıqlama ən aşağı statuslu sənəd hesab edilir, o cümlədən, bəyanatın da praktiki icrası yoxdur. Yalnız qətnamə qəbul edilərsə, bu, BMT-nin proseslərə müdaxiləsinə əsas yarada bilər. Lakin bunun həm siyasi, həm hüquqi olaraq olmayacağı bəllidir.
Siyasi: TŞ-nin qətnaməsi ya konsensus, ya da səs çoxluğu ilə qəbul edilir. Ən azı 9 səs lazımdır və 5 daimi üzvdən heç biri veto qoymamalıdır. 15 üzv ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən olacaq, eləcə də daimi üzvlərdən Rusiya öz təsir dairəsi hesab etdiyi Cənubi Qafqaza kənar müdaxiləyə qarşı olduğu üçün böyük ehtimalla, veto hüququndan istifadə edəcək;
Hüquqi: BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu baxımdan, Qarabağdakı proseslərə Azərbaycanın prizmasından yanaşma olacaq, misal üçün, ərzaq təminatının Ağdam-Xankəndi marşrutu üzrə daşınmasının TŞ-nin iclasında da ön plana çıxacağı gözləniləndir;
Ermənistan isə qətnamənin qəbul edilməsinə çalışır. Lakin ermənilərin özləri belə bunun mümkünsüz olduğunu hesab edirlər.
Asif Nərimanlı
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...


































.jpg)
