Qarabağ
Sülhməramlılar bu vaxta qədər qalır və... - Moskva Bakıdan nə istəyib?
Ermənistan mediası Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti ilə bağlı yeni iddia ortaya atıb.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri sülhməramlıların Qarabağda 2030-cu ilə qədər qalmaq istədiyini, hətta bununla bağlı danışıqların getdiyini iddia edib.
“Rəsmi Bakı Qarabağda sülhməramlılara ehtiyacın qalmadığını desə də, Rusiya bir neçə min erməninin geri qayıdacağını istisna etmir. Məlumatlara görə, sülhməramlılar Xankəndidə qalan erməniləri məlumatlandırıb: ermənilər ilin sonuna kimi geri qayıtmasa, evlər dövlət mülkiyyətinə keçəcək və geri qayıtmaq istəyənlərə veriləcək. Əslində bununla onlar ermənilərin geri qayıtması üçün ümid verir. Hesab edirlər ki, “əmlaklarını” itirmək qorxusu ilə ermənilər geri qayıdacaqlar.
Lakin əldə etdiyimiz məlumata görə, ermənilərin heç biri Qarabağa qayıtmaq və Azərbaycanın inteqrasiya şərtləri ilə yaşamaq niyyətində deyil. Misal üçün, Azərbaycan “muxtariyyət” statusu versə, qayıtmaq haqda düşünə bilərlər, lakin bunun qeyri-real olduğunu da anlayırlar”, - nəşr iddia edir.
Bu informasiyanın iddiadan başqa bir şey olmadığı aydındır, xüsusilə sülhməramlıların 2030-cu ilə qədər qalmaq məsələsi. Çünki Rusiya sülhməramlılarının Qarabağda nəzarət zonası artıq ləğv edilib və rotasiyası, eləcə də hərbi texnikanın çıxarılması həyata keçirilir. Sülhməramlı kontingentin 2025-ci ildən daha tez çıxması gözləntiləri də var.
Asif
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı




















_(1).jpg)
















.jpg)
.jpg)
