Qırmızı.az
Keçmiş spikerin səfalətdə yaşayan qızının ACI HEKAYƏTİ - VİDEO/FOTO
Məni zorla ərə verdilər.
İllər ancaq gətirmir. Həm də aparır. Gəncliyi, mal-mülkü,
şan-şöhrəti…
Heç nə əbədi deyil…
Publika.az bir zamanlar ölkənin idarəetməsində
mühüm vəzifə daşıyan qadınlardan biri, Ali Sovetin sədri olmuş
mərhum Elmira Qafarovanın qızı ilə olan müsahibəni təqdim edir:
- Mən Qafarova İnayət Fuad qızı 1971-ci ildə Bakı şəhərində anadan
olmuşam. Anam Qafarova Elmira Mikayıl qızıdır. Yəqin ki, onu
tanıyırsınız. Azərbaycan Respublikasının Ali Sovetinin I sədri və 4
il Xarici İşlər naziri olub.Uşaqlıq illərim indiki "Sahil"
metrosunun yanında keçib. Evimiz orada, Polad Bülbüloğlunun evi ilə
üzbəüz idi. Atam Qafarov Fuad tarixdən dərs deyirdi. Ailədə iki
bacı, bir qardaş idik. Uşaqlığım çox şən keçib. Bu gün başıma
gələnləri görəndə barışa bilmirəm həyatımla. Mən Mehdi Hüseyn adına
60 nömrəli məktəbdə oxumuşam. Sonra 8-ci sinifdən tibb texnikumuna
getdim. Özüm ixtisasca tibb bacısıyam və bir müddət Qarayev
xəstəxanasında, Semaşkoda işləmişəm. Başıma gələnlərdən sonra
həyatım darmadağın oldu.
- Nə baş verdi həyatınızda?
- Anam, bildiyiniz kimi, Ali Sovetin sədri olub. O, 1990-cı illərdə
baş verən hadisələrin videoyazısını rəhbərliyə çatdırmaq üçün
Moskvaya getmişdi. Həmin vaxt məni maşın vurmuşdu. Başımdan zədə
almışdım. Ona görə də xəstəxanada yatırdım. Anamla bir yerdə Rəşid
Behbudov da Moskvaya getmişdi. Həmin vaxt eşitdim ki, anamı və
Rəşid Behbudovu Moskvada zəhərləyib öldürüblər. Bunu mənə qardaşım
dedi. Bundan sonra həyatımda ağır illər başladı. Anamın vəfatından
sonra xalam mənim başıma oyunlar gətirdi. Bizim “Sahil” metrosu
tərəfdə evimiz var idi. Xalam evi əlinə keçirmək üçün məni
Maştağada yerləşən psixi dispanserə saldırdı. Onda mənim 22 yaşım
var idi. Mənim heç bir xəstəliyim yox idi. Orada mənə iynə
vururdular. Bütün günü halsız vəziyyətdə qalırdım. Həyatımın ən pis
illərini yaşamağa başladım. Sonra xalam Mərdəkanda olan bağ evimizi
də satdı.Məni çox vaxt adamlardan gizlədirdilər.
- Bəs bu gün sizin qohumunuz, kömək edəcək yaxınınız
yoxdur?
- Qardaşımın adı Qafarov Oqtay Fuad oğludur. O da müstəntiq
işləyirdi. Onun da həyatı faciəvi şəkildə sona çatdı. Anamı
öldürdükdən sonra qardaşımı da qatarın altına atıb öldürdülər.
Bundan sonra həyatda tək olduğumu anladım. Dəfələrlə istədim ki,
özümü öldürüm. Ancaq Allahdan qorxdum. Xalam keçən il dünyasını
dəyişdi. Onun bir qızı var. Hazırda "Həzi Aslanov" tərəfdə yaşayır.
Adı da Natalyadır. Amma əlaqəmiz yoxdur. Doğma bacım Gülnarə
Parisdə yaşayır. İmkanı da yaxşıdır. Amma heç bir əlaqəm yoxdur.
Atamı da qocalar evinə qoymuşdular. Mənə demişdilər ki, atan
rəhmətə gedib. Ancaq keçən ay eşitdim ki, atam təzə rəhmətə gedib.
Amma heç yeri tanımadığım üçün gedə bilmədim. Heç bilmirəm atam
harada dəfn olunub. Bu gün tam köməksizəm. Bundan istifadə edib
başıma oyun gətirirlər. Elə günün bu günündə də.
- Nədir, kimdir sizi bu gün narahat edən?
- Əsas problemim evimin olmamasıdır. Xalam evlərimizi satandan
sonra küçələrdə qaldım. Bu gün Bayılda, gördüyünüz bu evdə kirayə
qalıram. Aylıq 130 manat ödəməliyəm. Ancaq ödəməyə imkanım çatmır.
Özüm kafedə qabyuyan işləyirdim. İki aydır, işdən çıxmışam.
İstirahət vermədikləri üçün işdən çıxdım. Bu gün də iş tapa
bilmirəm. Firmalara demişəm, onlar da maaşın ilk 50 %-ni
götürürlər. Ona görə evin pulunu verə bilmirəm, yeməyə də heç nəyim
yoxdur. Elə qonşular, tanışlar gündə bir qab yemək verir. Amma iş
olsa işləyərəm.
- Eşitdiyimizə görə, sizin təqaüd kartınız oğurlanıb.
İstərdim, buna aydınlıq gətirəsiz.
- Başqa gəlirim olmadığına görə, mənim ümidim aldığım o pula idi.
Üç aydır ki, kartımda pul olmadığını gördüm. Hər dəfə gedirdim pulu
almağa, görürüdüm ki, kartda pul yoxdur. Sonra qonşulardan kömək
istədim, problemi aydınlaşdırmaq üçün Beynəlxalq Banka getdik.
Mənimlə bir yerdə polis də getdi.Orada məlum oldu ki, kartımdan
pulu internet vasitəsilə çıxarıblar. Kim edə bilər bunu? Bunu mənim
tanışım edib. Amma polisə deməyə qorxdum. O, həmişə gəlib məndən
pul alırdı. Deyirdi ki, vəziyyətim pisdi, kreditim var. Kartın da
kodunu təkcə o bilirdi. Amma mən polisə deməyə qorxuram bunu. Adı
da Camaldır.
- Bəs sizi ruhi xəstəxanadan kim çıxardı?
- Xalamın qızı var. O, evi adına sənədləşdirmək üçün məni
xəstəxanadan çıxardı. Orada olanda xəbərim olmadan məni ərə
vermişdilər. Bunu saxta yolla etmişdilər. Sonra iş prokurorluğa
verildi. Onların məqsədi evi mənim əlimdən almaq olub. Ancaq mən
həmin vaxt Məştağada xəstəxanada yatmışam.
- Mediada nə zamansa kimin qızı olduğunuz haqda
danışmısınız?
-Yox, deməmişəm. Çünki, xalam deyirdi ki, bu haqda kiməsə desən
səni öldürərlər. Ona görə də qorxurdum. İlk dəfədir ki, sizə
dedim.
- Ananızı necə xatırlayırsız?
- Anam çox yaxşı insan idi. Bir az səsi dolu idi. Atam zarafatca
deyərdi ki, sən danışanda elə bilirlər, evdə kişi sənsən.
Xatirələrim çoxdur anam haqqında. Elə bilirəm, anam hələ də sağdır.
Kaş, həyat belə olmazdı. Bir dəfə mən balaca olanda atam mənə it
almışdı. İt çox böyük idi. Anam icazə vermirdi mən onunla oynamağa.
Bütün günü ağladım. Axırda anam itlə oynamağıma razılıq verdi. Tez
tez anam yuxuma girir. Məndən çox narahatdır. Anamın qəbri Fəxri
Xiyabandadır. Darıxanda gedirəm qəbrinin üstünə. Orada anamla
danışıram. Bilirəm ki, məndən çox narahatdır. Anam həyatdan nakam
getdi.
- Ananız sağ olanda hansı tanınmış insanlar sizə
gəlirdi?
- Mən o vaxt balaca idim.Yadıma gəlir ki, evimizə tanınmış adamlar
gəlirdi. Bir dəfə Heydər Əliyev öz uşaqları ilə bizə gəlmişdi. O
vaxt hamımız şən uşaq idik. Sonra Zeynəb Xanlarova bizə tez-tez
gəlirdi. Anamla çox yaxın idi. Bəlkə, bu gün Zeynəb xanım mənə
baxar və mənim səsimi eşidər. İndi onların köməyinə ehtiyacım
böyükdür. Bircə evim olsa özüm işləyib dolana bilərəm. O vaxtı
Bakıda hadisələr baş verəndə studiyanı partlatmışdılar. Ona görə
çəkiliş Zeynəb xanımın evində olurdu. Bu yadıma gəlir.
- Bu gün kimlə, harada yaşayırsız?
- Mən ruhi xəstəxanada yatanda bir qızla tanış oldum. Adı İlonadır.
O da mənim kimi məcburi şəkildə ora salınmışdı. Biz orada tanış
olduq. Xəstəxanadan çıxanda bir yerdə ev tutub yaşadıq. İndi də
ikimiz kirayədə yaşayırıq. Belə çətindi bizə. Heç qaz, işıq, su
pulunu ödəyə bilmirik. Ona görə qazımız gəlmir.
- Sizin bu gün istəyiniz nədir?
İndi Ramazan ayıdır. İş yerləri bağlanıb. İnsanlardan kömək
istəyirəm mənə işləməyə iş tapsınlar. Əsas problemim evdir.
Bilirəm, dövlət başçımız insanlara kömək edir. Amma ona necə
müraciət edəcəyimi bilmirəm. Burdan xahiş edirəm, anamın dostları
və Prezidentimiz mənə köməklik etsin. İnanıram ki, mənə kömək
edəcəklər.
-
Nida Xəbər 11:00
Mehriban Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
-
Sosial10:37
"Veteran pulu" artırılır? - Sahil Babayevdən MÜHÜM AÇIQLAMA
-
Nida Xəbər 10:30
COP29-dan sonra məktəb və universitetlərdə... - Əmrullayev açıqladı
-
Nida Xəbər 09:10
Yüksəkvəzifəli məmurlar COP29-da - FOTOLAR
-
Sosial08:55
Pensiyalar artırılacaq! - Nazir ŞAD XƏBƏRİ elan etdi
-
Ekologiya08:25
COP29-da 1-ci gün! - VİDEO
-
Magazin206:16
Məşhur reperin narkotik problemi: reabilitasiya klinikasından çıxacağı vaxt bilindi
-
ABŞ04:50
Portağal şirəsi almaq üçün marketə getdi, 250 min dollar qazandı