Qırmızı.az
DİQQƏT: Bu yolların adları dəyişdirildi - SİYAHI
Nazirlər Kabineti Azərbaycanda bir sıra avtomobil yollarının adlarında dəyişikliklər olunması barədə qərar verib.
Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, baş nazir Artur Rasi-Zadənin imzaladığı qərara əsasən, Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişikliklər edilib.
İmzalanan qərara görə, “Ağcabədi rayonu” bölməsinin “Yolun adı” sütununun 15-ci hissəsində “Qiyamadınlı” sözü “Yuxarı Qiyaməddinli”, “Astara rayonu” bölməsinin “Yolun adı” sütununun 2-ci hissəsində “Telman” sözü “Çayoba”, “Cəlilabad rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Təzəkənd” sözü “Çəmənli”, 22-ci hissəsində “Kövüzbulaq” sözü “Soyuqbulaq”, “Gədəbəy rayonu” bölməsinin “Yolun adı” sütununun 12-ci hissəsində “Yenikənd” sözü “Qızılqaya”, 29-cu hissəsində “Arabaçı” sözü “Çiçəkli” sözü ilə əvəz edilib.
Qərara əsasən, həmçinin “Göyçay rayonu” bölməsinin “Yolun adı” sütununun 15-ci və 19-cu hissələrində “Cəyirli” sözü “Şıxlar”, “İsmayıllı rayonu” bölməsinin “Yolun adı” sütununun 36-cı hissəsində “Cülyan” sözü “Yuxarı Cülyan”, “Kürdəmir rayonu” bölməsinin “Yolun adı” sütununun 44-cü hissəsində “Qarabucaq” sözü “Axtaçı Qarabucaq”, “Laçın rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Ağbulaq” sözü “Sarıbaba”, “Tərtər rayonu” bölməsinin “Yolun adı” sütununun 10-cu hissəsində “Təzəkənd” sözü “Ağkənd” sözü ilə, 16-cı hissəsində “Qapanlı” sözü “Alışarlı” sözü ilə, 18-ci hissəsində “Sarıcalı” sözü “Yuxarlı Sarıcalı” sözləri ilə, 19-cu hissəsində “Qaradağlı” sözü “Yuxarı Qaradağlı”, “Ucar rayonu” bölməsinin “Yolun adı” sütununun 6-cı hissəsində “Çiyni” sözü “Yuxarı Çiyni”, “Zaqatala rayonu” bölməsinin “Yolun adı” sütununun 22-ci və 23-cü hissələrində “Əli Bayramlı” sözləri “Dağlı” sözü ilə, 25-ci hissəsində “Dombabinə” sözü “Üçüncü Tala” sözləri ilə əvəz olunub.
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişdi
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu








.jpg)


.jpg)



.png)










.png)

.jpg)





