Qırmızı.az
Nazirlik ali məktəblərə təhsil haqqlarını aşağı salmağı tövsiyyə rtdi
“Təhsil Nazirliyi olaraq ali təhsil müəssisələrinə daha çox tələbəyə təhsil imkanı yaratmaq baxımdan təhsil haqlarının yüksək olmamasını tövsiyə edirik. Amma ödənişli əsasla təhsil verən özəl ali təhsil müəssisələrinin təhsil haqqının dövlət tərəfindən tənzimlənən qiymətdən yüksək olmamasını Təhsil Nazirliyi olaraq yalnız tövsiyə edə bilərik”.
Publika.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov ali təhsil müəssisələrində təhsil haqlarının yüksək olması ilə bağlı Milli Məclisdə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Nazir müavini bildirib ki, ali təhsil müəssisələri tərəfindən tövsiyələrə təşəbbüs olarsa, ona baxılacaq. Ali təhsil müəssisələrinin 2010-cu ildən adambaşına maliyyələşdirilmə mexanizminə keçidə başladığını deyən nazir müavini bu prosesin ötən il yekunlaşdığını bildirib: “Bu gün ödənişsiz təhsil yoxdur. Sadəcə yüksək nəticə göstərən tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir. Dövlət tərəfindən ödənilən təhsil haqqı da hazırkı qiymətlərlə tənzimlənir. Bu ödənişi tələbə və onun valideyni hiss etmir. Bu gün ali təhsil müəssisələrinin təhsil haqqı həmin müəssisələr tərəfindən formalaşdırılır. Burada dövlətin tənzimləmə mexanizmi mövcud deyil. Bu qiymətlər rəqabət, tələb, təklif əsasında formalaşır”.
Gülxar
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO