Qırmızı.az
Bakıda azyaşlı qız diləndirilir – FOTO
“Atam ölüb, anam da xəstəxanadadır, nənəmlə qalırıq. Evdə məndən başqa 2 qardaşım və 4 bacım var. Onlar məktəbə gedirlər, mən yaza bilmədiyimə görə məktəbə getmirəm”.
Bunu Publika.az-a paytaxtın Nizami küçəsində diləndirilən azyaşlı Arzu deyib. Əslində, kimliyini və yaşını biləcək qədər olsa da, öz yaşından belə xəbəri yox idi. Dediyinə görə, onu bura nənəsi gətirib. Əli ilə qarşıdakı parkı işarə edib, nənəsinin onu parkda gözlədiyini və topladığı pulu ona verdiyini dedi.
Bacı-qardaşlarının məktəbə getdiyini desə də, bu dediyinə inanmadım. Çünki ona belə danışmağı öyrətmişdilər. Əlində qələmlə çəkdiyi gül-çiçək, heyvan rəsmləri, bir də tütək var idi.
Arada əlindəki tütəyi dodağına yaxınlaşdırır, guya nəsə çalırdı. Amma onun ifa etdiyinə musiqi demək olmazdı, sadəcə diqqət çəkmək üçün arı vızıltısına oxşar səs çıxarırdı. Dediyinə görə, onu burada oturmağa məcbur etməyiblər, özü istədiyi üçün dilənir.
Arzu hansı rayondan bura gəldiyini bilmir. Küçədə diləndiyinə görə yazığı gəlib pul verənlərlə yanaşı, onu döyənlər də olur. Hətta bir dəfə polis də onu dubinka ilə döyübmüş.
Arzudan öyrəndik ki, Bakıda evləri var. Təbii ki, yaşını bilməyən uşaq elə yaşadığı evin yerini və nə qədər qazandığını da bilmədi. Dediyinə görə, ona ən çox dəmir pul – yəni qəpik verirlər. Suallarıma ara-sıra qırıq-qırıq cavablar versə də, hərdən niyə getmədiyimi də soruşurdu. Onun yanında çox dayandığımız, yəqin ki, qızı kənardan izləyən nənəsinin də diqqətini cəlb etmişdi. Ona görə də nə işarə etdisə, qaçıb onun yanına getdi.
Əslində, dünyanın hər yerində dilənən uşaqlara rast gəlinir. Xüsusi biznes sahəsi olan dilənçilik şəbəkə formasında olur və idarə olunur. Bir çox hallarda bu uşaqları dilənçiliyə vadar edənlər isə elə öz valideynləri olur. Avropa ölkələrinin bir çoxunda uşaq əməyindən istifadəyə görə hətta valideynlikdən məhrumetməyə qədər cəzalar mövcuddur.
Gülnar Əliyeva
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi

















.png)
.jpg)














