Qırmızı.az
MTRŞ qərarını açıqladı: Xoşqədəmin efirə qayıtması...
Milli Televiziya və Radio Şurası (MTRŞ) Xoşqədəm Hidayətqızının verilişlərinin ANS TV-nin efirinə qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov Report-a açıqlamasında deyib ki, veriliş cəza müddəti bitdikdən sonra efirə qayıda bilər: “ANS-in “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişləri konkret qanun pozuntularına görə dayandırılmışdı. Qanunda verilişi bir aylıq dayandırmaq səlahiyyətimiz var. Veriliş cəza müddəti bitdikdən sonra efirə qayıda bilər. Amma əvvəl yol verilmiş pozuntular təkrarlanmamalıdır. Kanalın verilişə cavabdeh olan şəxsləri bunu anlayırlar. Bununla belə, əvvəlki hallar davam edərsə, verilişə görə kanala qarşı görülə biləcək növbəti inzibati tənbeh tədbirləri davam edə bilər. Bu isə müsbət nəticələr verməz”.
Şöbə müdiri bildirib ki, “Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinə görə, yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə, xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə teleradio yayımı sahəsində müvafiq dövlət orqanı, yəni MTRŞ qərar qəbul edə bilər.
“Yəqin ki, kanal əvvəlki formatda və həmin pozuntularla verilişi davam etməz və sonluq da belə olmaz”, - şöbə müdiri əlavə edib.
Xatırladaq ki, MTRŞ-nın qərarı ilə ANS TV-də yayımlanan “Xoşqədəmlə axtarıram səni” və “Sən tək deyilsən” proqramları oktyabrın 5-dən etibarən bir ay müddətinə bağlanıb.
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
-
Rəsmi xronika17 Aprel 17:22Buraxılış imtahanının nəticələri elan olundu








.jpg)





.jpg)


.webp)
















