Hadisə
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlandı
Aprelin 30-da saat 14 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə baş verən partlayışla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb.
Prokurorluqdan Publika.az-a verilən məlumata görə, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitə qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlayıb. Nəticədə həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə hazırda vəziyyəti ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.
Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib, cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə, digər zəruri prosessual hərəkətlər icra olunub.
Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, hadisənin baş vermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
-
Elm və təhsil21:48Sosial şəbəkələri silkələyən görüntü: Həmin müəllim cəzalandırıldı - FOTO
-
Magazin121:36"İlk dəfədir belə pul görürdüm, cibim partlayırdı"
-
Sosial21:24Leyla Əliyeva həmin məşhur şeiri səsləndirdi - VİDEO
-
Sosial20:12Xaçmaz sakini fəryad edir: "Bir gecədə hər şey məhv oldu" - VİDEO
-
Sosial19:24"Nəqliyyat Təlim Mərkəzi"nə yeni direktor TƏYİN EDİLDİ
-
Magazin119:12“Həmin gün kasıbçılıqdan çıxdıq”
-
Hadisə18:36Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video
-
Nida Xəbər 17:03Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür




































