Qırmızı.az
İki bank barədə önəmli qərar verildi - VİDEO
Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standart"ın aqibətinə aydınlıq gətirib.
Bankın müştərilərinin səbirsizliklə gözlədiyi qərarı Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı eksklüziv olaraq ANS-ə açıqlayıb. İndiyədək yalnız bankın kiçik əmanətçiləri pullarını ala bilirdisə, artıq istənilən məbləğdə vəsaiti olanlar problemsiz onu ala biləcək. Bir sözlə, bank normal işinə qayıdır.
Həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatası qanunsuz fəaliyyət göstərən bank bölməsi aşkar edib. Qurumdan verilən məlumata görə, həyata keçirilmiş monitorinqlər nəticəsində “Parabank”ın Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar olunub və aparılmış yoxlamalar qeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsbit edib. Palatanın Direktorlar Şurası “Parabank”in Sumqayıt filialına verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində “Parabank” tərəfindən filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU































