Qırmızı.az
Kriminal dünya silkələnir: “vor zakon” “Timoxa”nı kim öldürtdü?
Keçən həftənin sonlarında Moskvada keçmiş “vor zakon” “Timoxa” ləqəbli Aleksandr Timoşenko güllələndi.
Moskva vilayəti üzrə Daxili İşlər İdarəsinin bildirdiyinə görə, “Timoxa” Moskva ətrafındakı Odintsovo rayonunda kilsəyə girərkən vurulub.
Xatırladaq ki, o, Rusiyanın ən nüfuzlu avtoritetlərindən hesab olunurdu. İlkin versiyalara görə, “qanuni oğru”nun qətli kriminal dünyanın bossları tərəfindən hüquq-mühafizə orqanları ilə yaxın əlaqələrinə görə “sifariş” olunub.
Belə ki, 2014-cü ilin yanvarında polislər Timoşenkonu Moskvada, Ryazanski prospektdə həbs ediblər. Həmin vaxt “Timoxa” narkotik alğı-satqısına görə şərti cəza çəkirmiş və gecə vaxtı qeydiyyatda olduğu yerdən xeyli uzaqda ələ keçirilərərk şöbəyə gətirilir.
Şöbədə dindirilmə zamanı video-çəkiliş gedir. İfadə verən zaman Timoşenko “qanuni oğru”adından imtina edir. Məhz bundan sonra digər “qanuni oğru”lar “Timoxa”nı satqınlıqda ittiham edirlər.
Timoşenkonun öldürülməsinin digər versiyası başqa bir qətllə bağlıdır. Belə ki, 59 yaşlı Timoşenkonun 1991-ci ildə, Münhen şəhərində kriminal avtoritet Yefim Laskinin güllələnməsində əli olub. Buna görə Timoşenko Almaniya məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin apellyasiya məhkəməsində bəraət ala bildi.
Odur ki, ikinci versiyaya görə, “Timoxa”nı Yefim Laskinin adamları da güllələyə bilərdi.
İlqar Atabəyli
-
İdman08:48Arda Gülərdən fantastik qol - Video
-
Magazin207:30Bu ölkənin "Eurovision"da iştirakı qadağan edilə bilər
-
Magazin206:16İntihar etdiyi deyilən məşhur aparıcı öldürülübmüş - ŞOK İDDİA
-
Avropa05:45Orta əsrə aid qala qülləsi uçdu
-
Magazin204:1444 yaşlı aktrisa qara mini donda göz qamaşdırdı - Foto
-
Qoroskop01:41Bu bürclər xoşbəxtlik gətirir - onların yaxınlığında şanslı bir zolaq başlayır
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video



































