“Yaponçik”in varisini Merab Suxumski və Rövşən Lənkəranskiyə görə öldürüblər – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Yaponçik”in varisini Merab Suxumski və Rövşən Lənkəranskiyə görə öldürüblər – FOTOLAR

“Yaponçik”in varisini Merab Suxumski və Rövşən Lənkəranskiyə görə öldürüblər

Xəbər verdiyimiz kimi, keçən həftənin sonlarında Moskvada keçmiş “vor zakon”, “Timoxa” ləqəbli Aleksandr Timoşenko güllələndi.

Moskva vilayəti üzrə Daxili İşlər İdarəsinin bildirdiyinə görə, “Timoxa” Moskva ətrafındakı Odintsovo rayonunda kilsəyə girərkən vurulub. Xatırladaq ki, o, Rusiyanın ən nüfüzlu avtoritetlərindən hesab olunurdu. İlkin versiyalara görə, “qanuni oğru” kriminal dünyanın bossları tərəfindən hüquq mühafizə orqanları ilə yaxın əlaqələrinə görə “sifariş” olinub. Dünən hadisənin başvermə səbəblərindən yazmışdıq. Bu gün isə Rusiya mətbuatında daha bir versiya irəli sürülüb. Bu versiyanın ən maraqlı məqamlarından biri də Rövşən Lənkəranskinin adının hallanmasıdır.

Birinci katibin oğlu

“Timoxa”nın həyatı çox qeyri-adi olub.Gələcəyin ən tanınmış “vor zakon”larından biri olacaq Aleksandr Timoşenko Belorusiyada, Qomel vilayətinin birinci katibinin ailəsində dünyaya göz açıb. Atası onun böyüyüb yolunu davam etdirəcəyini düşünürdü. Bunun üçün oğlu karyerasına komsomoldan başlamalı idi. Amma katib atanın oğlu başqa yolu seçir.Yeniyetmə çağında Timoşenko zorlama, quldurluq, oğurluq, xuliqanlıq maddələriylə həbs edilir. Hadisə böyük ictimai rezonans doğurduğundan yüksək vəzifəli ata oğlunu həbsdən qurtara bilmir.

İtalyan mafiozilərin şəriki

Beləliklə, Timoşenko yeni dünyaya qədəm qoyur. Həbsxanada onun yolu əfsanəvi Vyaçeslav İvankovla –“Yaponçik”lə kəsişir. Və o, rus mafiyasının xaç atasının yaxın adamına çevrilir. “Yaponçik”in emissarı azadlığa çıxdıqdan sonra onu Avropaya göndərir.”Timoxa” Avropada rus mafiyasının xaç atasının maraqlarını qoruyacaqdı. Avropada olarkən o, rus mafiyasının xaricdəki elitası ilə – Yefim Laski (ləqəbi Fima), Iosif Royçis (Lyodoyed) və Boris Nayfeldlə (Biba) əlaqəyə girir. 1991-ci ildə Laskin öldürülür. Bundan sonra Timoşenko Belarusiyaya qayıdır. Bir neçə il sonra İvankov Amerikaya köçəndə “Timoxa”da onun ardınca gedir. 1995-ci ildə isə “Yaponçik” və Aslan Usoyan (Ded Xasan) Aleksandr Timoşenkonun tacqoyma mərasimini keçirirlər və onu “qanuni oğru” elan edirlər.

Bundan sonra Timoşenko “Timoxa Qomelski” adı ilə məşhurlaşır. İtaliyan mafiozlarının şəriki “Yaponçik” Amerika FTB-si tərəfindən həbs edildikdən sonra onun xaricdəki rus mafiyasının xaç atası məhz Timoşenko olur. Tezliklə “Timoxa” ABŞ-da ən məşhur italyan mafiozları ilə əlaqəyə girir. Siciliya mafiyasından olan Qambino və Qravano klanları ilə Amerika tarixində ən böyük bank maxinasiyasını həyata keçirir. Bununla bağlı FTB böyük bir əməliyyat hazırlayır. Həm italyan mafiyasının üzvləri, o cümlədən “Timoxa”nın bütün adamları həbs edilir. Özü isə aradan çıxa bilir. Saxta sənədlərlə Almaniyaya keçir. Ancaq burada yerli polis tərəfindən Yefim Laskinin qətlində ittiham olunaraq həbs edilir. 13 il həbs cəzası alır. Lakin 2006-cı ildə vaxtından əvvəl azadlığa buraxılır. Timoşenko Rusiyaya qayıdır.

“Satqın”

Həmin ərəfədə “Yaponçik”in dəstək verdiyi “Ded Xasan”la Taro ləqəbli “qanuni oğru” Tariyel Oniani arasında müharibə başlayır. “Timoxa” hələ Avropada dostlaşdığı “Taro”nun tərəfini tutur. Bu isə slavyan “vor zakon”ların qəzəbinə səbəb olur. Onlar hesab edirdilər ki, “Timoxa” xaç atası “Yaponçik”ə xəyanət edib. “Yaponçik” və “Ded Xasan” öldürüldükdən sonra onların rəqibi “Taro” da həbs edilir.

“Timoxa” Tariel Onianinin varisi Merab Cenqveladze (Merab Suxumski) ilə yaxın əlaqələr qurur. Bu isə slavyan avtoritetlərdə qıcıq doğurur. Düzdür, “Ded Xasan” da qafqazlı idi. Amma Merabdan fərqli olaraq Aslan Usoyan “beynəlmiləlçi” kimi tanınırdı.Yeni qafqazlı avtoritetləri , xüsusən də Merabı və ona yaxın olan Rövşən Lənkəranskini slavyan oğrular özlərinə düşmən hesab edirlər. Odur ki, qərar verilmişdi. Timoşenkonun sayılı günləri qalmışdı.

“Sxodka”

2014-cü ilin martında slavyan avtoritetləri geniş “sxodka” (toplantı) keçirdilər. Müzakirə mövzusu Timoşenko idi. Xəbər verdiyimiz kimi, bu ilin yanvarında o, Moskvanın Ryazan prospektindəki gecə barlarının birində həbs olunub. Daha sonra axşam saatlarında evdən çıxmamaq şərti ilə azadlığa buraxılıb.

Həmin vaxt polis şöbəsində “ Timoxa” “vor zakon” titulundan imtina etmişdi. Bundan sonra kriminal dairələrdə onu polisə işləməkdə günahlandırmağa başlamışdılar. “Sxodka”da “ qanuni oğrular”dan Oleq Muxametşin (Ləqəbi Muxa), Viktor Pantyuşin (Pan), Konstantin Borisov (Kostıl), həmşinin “Timoxa”nın ən qatı əleyhdarları olan Mixail Vaevodin (Mişa Lujneckiy), Vladimir Zyatkov (Zyatek), Vasiliy Xristoforov (Vasya Voskres) və Rabinzon Arabuli ( Rabinzon) iştirak edirdilər. Düşmən mövqedə olanlar "Timoxa”nın tacdan məhrum edilməsi məsələsini qaldırdılar. Əvvəlcə polis şöbəsindəki epizoda görə. Lakin “Mişa lujnecki” sonradan məsələnin əsl mahiyyətin açdı.”Taro”, “ Merab” və Lənkaranski ilə əlaqələri olan şəxs sağ qala bilməz. Müzakirələr uzun sürür. Sonda “sxodka”da bir növ hakim kimi iştirak edən nüfuzlu avtoritet Oleq Şişkanov (ləqəbi Şişkan) qərarını açıqlayırhələlik Timoşenko tacdan məhrum edilməsin. Ancaq yaxın vaxtlarda bu məsələyə yenə qayıdılacaq.

Hüquq-mühafizə orqanları isə ehtimal edir ki, bu “sxodka”dan sonra yeni toplantı olub. Və “Yaponçik"in bir vaxtlar xələfi olmuş “Timoxa”nın ölüm hökmü verilib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm