Qırmızı.az
Obama azərbaycanlı tələbəni mükafatlandırdı - FOTOLAR
ABŞ-ın Mayn Ştatında “Thornton Academy” məktəbini qızıl medalla bitirən Toğrul Namiq oğlu Hümmətov ABŞ prezidenti Barak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb.
“Qafqazinfo” xəbər verir ki, T.Hümmətov ABŞ-da oxuduğu müddətdə daima digər həmkarları arasında dərsə davamiyyəti, hazırcavablığı və tədris müddətində dərslərə layiqli cavablar verməsi ilə fərqlənib. Eyni zamanda T.Hümmətov məktəbin müəllim heyətinin rəgbətini qazanıb. Dərslərdə göstərdiyi yüksək intellektual bilik və bacarığı nəticəsində Toğrul məktəbi Qızıl medalla bitirib.
Məlumata görə, ABŞ-ın təhsil sistemində mövcud olan qaydalara görə, Birləşmiş Ştatlar sərhədləri çərçivəsində mövcud olan məktəblərdə yüksək bilik və bacarıq nümayiş etdirən və məktəbi Qızıl medallarla bitirən şagirdlər ölkənin prezidenti tərəfindən diplomla mükafatlandırılırlar. Toğrul belə bir medala və mükafata layiq olan ilk azərbaycanlıdır. Qeyd edək ki, artıq Toğrul Hümmətov ABŞ-ın Boston şəhərində yerləşən Bryant Universitetinə qəbul olub və ali təhsilini bu universitetdə davam etdirəcək.
Qeyd edək ki, sözügedən tələbə Azərbaycanda tanınmış iş adamı, "Neptun" avtosalonu və eyni adlı şadlıq evinin sahibi olan Namiq Hümbətovun oğludur.
-
Yaxın Şərq02:42“Shahed”in Amerika klonu İraqda peyda oldu - Video
-
Magazin201:41“Mələk” bu dəfə çiçək bağçasında bikini ilə poza verdi - Foto
-
Nida Xəbər 00:30İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında
-
Qoroskop00:15Günün ulduz falı - Bu işıq bəzən zəif görünür...
-
ABŞ12 Mart 23:36ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
-
Region12 Mart 23:00Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ
-
Magazin112 Mart 22:00Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm”
-
Magazin212 Mart 20:12Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib






































