Qırmızı.az
Şəki sakini 53 yaşlı qadın küçədə öldü
Gecə Bakının Nizami rayonunda yaşlı qadın küçənin ortasında qəfil dünyasını dəyişib. Bu hadisə həmin ünvanda yaşayan vətəndaşlarla təcili tibbi yardım stansiyasının həkimləri arasında münaqişəyə səbəb olub.
Hadisə Qara Qarayev prospekti 96 ünvanında metronun Neftçilər
stansiyasının yaxınlığında baş verib. Hadisə zamanı 1959-cu il
təvəllüdlü Şəki şəhər sakini Əbdürrəhimova Nərgiz Həbullah qızı
həmin ünvanda kirayə yaşadığı mənzilinə gedən zaman qəfil halı
pisləşib. Qadın binanın qarşısında yıxılaraq huşunu itirib. Bunu
görən ətrafda yaşayan sakinlər dərhal ona ilk yardım ediblər. Amma
Nərgiz Əbdürrəhimovanın vəziyyəti daha da pisləşdiyindən bu barədə
dərzal təcili tibbi yardım stansiyasını məlumat verilib. Hadisə
yerinə həkim briqadası gələnə qədər isə qadın elə yıxıldığı yerdə,
elə binanın həyətində dünyasını dəyişib. Hadisə yerində təcili tibb
yardım stansiyasının həkimləri ilə mərzumunqohumları arasında
qarşıdurma da müşahidə olunub.
Hadisə barədə məlumat verilən kimi Nizami rayon polis idarəsinin və
rayon prokurorluğunun əməkdaşları da ərazidə araşdırma aparıblar.
Şahidlərin və dünyasını dəyişən şəxsin yaxın qohumlarının ifadələri
alınıb. Məlum olub ki, Nərgiz Əbdürrəhimova bir müddət imiş ki,
8-ci kilometr bazarında ticarətlə məşğul olurmuş. Hadisədən bir
neçə gün əvvəl isə o, ürək ağrılarından şikayət ediyinə görə həkimə
də müraciət edib. Elə qadının da məhz ürəyində baş qaldıran ağrılar
səbəbindən dünyasını dəyişdiyi ehtimal olunur.
Hadisə yerində araşdırma aparılandan sonra isə meyit daxili
müayinədən keçirilməsi üçün morqa aparılıb. Ölümün dəqiq
səbəblərinə isə Nizami rayon prokurorluğunda başlanan
araşdırmalardan sonra aydınlıq gətiriləcək. /ans/
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
-
Magazin114 Mart 22:00"Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm"
-
İdman14 Mart 21:36Millinin baş məşqçisi gizlicə Belarusa köçdü
-
Səhiyyə14 Mart 20:48Azərbaycanda tanınmış həkim vəfat etdi - Foto
-
Magazin114 Mart 20:24Məşhur aktyorun sevgilisi yataqda pozalar verdi - Foto




































