Qırmızı.az
Rektor Çin qəzetinə müsahibə verib
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisinin deputatı, professor Səməd Seyidov Qafqaz və Xəzər dənizi regionu üzrə "Çin Gəncləri" qəzetinin iyunun 24-də çıxan sayında müsahibəsi dərc olunub.
Həmin qəzetin müxbiri Yan Szyunə verdiyi müsahibədə professor Səməd Seyidov zəngin tarixə və mədəniyyətə malik olan iki ölkə - Azərbaycan və Çin arasındakı çoxtərəfli əməkdaşlığın böyük potensial və geniş perspektivləri barədəsində danışıb.
O, Qafqazda strateji, geosiyasi mövqeyə malik, Avropa Birliyinə üzv olan ölkələrin xüsusi diqqət cəlb etdiyini, Azərbaycanın regionun əsas iqtisadi mərkəzi olduğunu nəzərə çatdırıb.
Rektor, Səməd Seyidov, həmçinin ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dillər Universiteti haqqında ətraflı məlumat verib.
Universitetdə 22 dilin tədris olunduğunu, müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin, eyni zamanda universitetin nəzdində fəaliyyət göstərən Çin dili və mədəniyyəti mərkəzinin də fəaliyyətindən danışıb və mərkəzin açılmasında göstərdikləri köməyə görə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin və mərkəzin direktoru Rafiq Abbasova öz minnətdarlığını bildirib.
Rektor Səməd Seyidov, eyni zamanda müsahibəsində Azərbaycan Dillər Universitetinin hal-hazırda Çinşünaslıq ixtisası üzrə mütəxəssislər yetişdirən iki universitetdən biri olduğunu bildirərək ildən - ilə tələbələrin sayının artığını deyib.
Rektor, professor Səməd Seyidov mərkəz tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-2013 illər ərzində Azərbaycan-Çin əlaqələri üzrə fəaliyyətinə həsr edilən “İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı” adlı kitabın, həmçinin Azərbaycan tarixində ilk olaraq Çin dili üzrə dərs vəsaitinin Çin və Azərbaycan dillərində nəşr edildiyini müsahibəsində vurğulamışdır.
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
-
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
-
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
-
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı








.jpg)








.jpg)



.jpg)












