Qırmızı.az
Sərnişinləri qorxudan ruhi xəstənin kimliyi bilindi
Daxili İşlər Nazirliyi avtobusda baş verən hadisə barədə məlumat yayıb.
Ötən gün Bakı-Gəncə istiqamətində hərəkətdə olan sərnişin avtobusunda insanları təşvişə salan şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan
Zahidovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə barədə məlumat
daxil olan kimi Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları
sərnişinləri qorxudan şəxsin kimliyini müəyyən etmək üçün dərhal
müvafiq tədbirlərə başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki,
həqiqətən də, qeyd olunan vaxtda bir nəfər sərnişinləri vahiməyə
salıb. Əməliyyat zamanı həmin şəxsin kimliyi bilinib.
Məlum olub ki, həmin şəxs Gəncə şəhər sakini, ruhi xəstəlikdən
əziyyət çəkən 1986-cı il təvəllüdlü Anar Məmmədovdur. Polis
əməkdaşları dərhal həmin şəxsin yaşadığı ünvanda olaraq onunla
görüşüblər. Polis əməkdaşları həqiqətən də, həmin şəxsin
davranışlarında müəyyən problemlər olduğunu aşkarlayıblar.
Bundan başqa, o da aydınlaşıb ki, A.Məmmədov uzun müddətdir Gəncə
şəhər əsəb dispanserliyində müalicə olunur.
Həmçinin araşdırmalar zamanı o da müəyyən olunub ki, əslində Anar Məmmədov avtobusda qəfildən ayağa duraraq insanlara məsləhət verməyə başlayıb. O, bəzi qida məhsullarının insan orqanizmi üçün təhlükəli olduğunu bildirib və məsləhətlər verib. Onun qeyri-müəyyən davranışları insanları qorxudub. Lakin onun əlində bıçaq, yaxud da, hansısa kəsici alət olmayıb. Bu barədə avtobus sürücüsü də izahatında bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmaların nəticəsinə
əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul
olunacaq.
-
Dünya03:43İranın Oman körfəzində gəmisi qalmadı - Hamısı batırıldı
-
ABŞ02:19Trampa nə olub? - Boynundakı qızartı diqqət çəkdi
-
Qoroskop01:40Günün qoroskopu: köhnə borclar və ya unudulmuş ödənişlər gündəmə gələcək
-
İnanc00:15Bu gün Od çərşənbəsidir
-
ABŞ2 Mart 20:36Böyük dalğa hələ başlamayıb - Trampdan İrana xəbərdarlıq
-
Dünya2 Mart 20:24Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu
-
İnanc2 Mart 19:40Ramazanın 13-cü gününün duası - İftar və imsak vaxtları
-
Region2 Mart 18:20Xameneinin həyat yoldaşı da öldü - Foto











.jpg)

.jpg)














.jpg)






