Qırmızı.az
DİM imtahan tarixləri ilə bağlı məlumat yaydı
Dövlət İmtahan Mərkəzi 2022-ci ildə keçiriləcək imtahanların qrafiki haqqında məlumat yayıb.
Qurumdan Publika.az-a verilən xəbərə görə, DİM tərəfindən 2021-ci il ərzində 32 növ imtahan keçirilib və bu imtahanlarda ümumilikdə 426 minə yaxın şəxs iştirak edib. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıyır: "Əlbəttə ki, bu imtahanların qrafikinin layihəsi ilin əvvəlində tərtib olunmaqla aidiyyəti dövlət orqanları ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə təqdim olunur. Pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar və ya fevral aylarında elan olunurdu. Lakin “COVID-19”la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də Mərkəz tərəfindən keçiriləcək imtahanların qrafiki 2 ildir ki, hissə-hissə təqdim olunur.
Ötən ilin sonunda DİM tərəfindən 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanlarının qrafiki barədə məlumat verilib. Təəssüf ki, dünən axşamdan sosial şəbəkələrdə Mərkəz tərəfindən il ərzində keçiriləcək imtahanların tarixləri ilə əlaqədar layihə-qrafik paylaşılır. Bu layihə-qrafik məxfi sənəd deyil və həm DİM-in müvafiq departamentləri, həm də aidiyyəti dövlət qurumları arasında işçi qaydada müzakirə olunur. Ona görə də imtahanların məhz bu qrafik əsasında keçirilib-keçirilməyəcəyi haqqında əvvəlcədən nəsə demək mümkün deyil. Qrafik aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra və yuxarıda da qeyd edildiyi kimi, sanitar epidemioloji vəziyyətdən asılı olaraq hissə-hissə elan ediləcək.
Öz kütləvi xaraketeri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. Bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq.
Abituriyentlər və kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmaları və yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının “Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir".
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi

































