Qırmızı.az
Prezidentin bu sözləri hər kəsə dərs olmalıdır - Seyid Camal Əzimbəyli
“Ölkə başçısının ötən gün Azərbaycan telekanallarına verdiyi müsahibə xalqımız tərəfindən təqdir olunur və alqışlanır. Mən də ölkə ziyalısı, mənəviyyat adamı olaraq dövlət başçısının müsahibə zamanı söylədiyi fikirləri alqışlayıram. Prezidentin müsahibədə söylədiyi fikirlər, verdiyi mesajlar hər kəsə dərs olmalıdır”.
Bunu Publika.az-a Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
O bildirib ki, Prezidentin verdiyi bütün mesajlar ölkə əhalisinin mənafeyinə hesablanıb: “Qarabağın fatehi İlham Əliyevin bu müsahibədə dövlət məmurlarına görüşlər zamanı, eləcə də onları vəzifəyə təyin edərkən təlimatlar verdiyini, xüsusi olaraq korrupsiyaya qarşı ciddi mübarizə aparılmağın lazım olduğunu və digər məmurlar da vəzifə səlahiyyətlərini aşarsa, cəzanın çox sərt olacağı ilə bağlı mesajları milyonların qəlbinə fərəh verib. İlham Əliyevin həyata keçirdiyi kadr islahatları hər kəs tərəfindən sevinc müjdəsi kimi qəbul olunur. Hətta Qarabağın azadlığı kimi insanlar bunun da labüd olduğunu düşünürlər. Xüsusi olaraq dövlət başçısının “Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır” fikri məmur özbaşınalığı, rüşvət və korrupsiya ilə bağlı ən yaxşı mesajlar idi. Ölkə başçısının bu mesajlarından sonra kimlərsə xalqın mənafeyinə istiqamətlənən addımlar atmayacaqsa, korrupsiya və rüşvətə bulaşacaqsa, daha sərt formada cəzalandırılacaq”.
S.C.Əzimbəyli qeyd edib ki, dövlət başçısının ictimai nəzarətlə bağlı cəmiyyətdə daha doğru ab-havanın yaradılması və ictimai nəzarətin güclənməsində xalqdan aktiv olması, biganə qalmaması çağırışı bu gün aktual olmalıdır: “Prezidentin ictimai fikir adamlarına bu nəzarət sistemində fəal olmağa çağırış etməsi rüşvətə bulaşmış korrupsioner, xalqının və dövlətinin mənafeyini nəfsinin girovluğuna hədiyyə etmişlər üçün çox sərt mesajdır. Ölkə başçısının bu mesajının ardınca biz həqiqətən çoxlu sayda dövlət maraqlarını, milli mənafeyi öz şəxsi mənafeyinə qurban verən məmurların cəzalandırılmasının ardıcıllığını görə biləcəyik. Biz Ali Baş Komandanın rəhbərliyi ilə şəhid qanlarının, qazilərimizin, qəhrəman hərbçilərimizin sayəsində Qarabağda zəfər əldə etdik. Hər zaman dövlətinin, xalqının, prezidentinin, bütün dəyərlərin mühafizəsi uğrunda mücadilə verən bir mənəviyyat adamı kimi bunu tam cəsarətlə deyirəm ki, Qarabağımızın xilası Azərbaycan xalqının əbədi olaraq tarixdə üzərindən töhmətin götürülməsi qədər necə vacib idisə, rüşvətin və korrupsiyanın kökünün kəsilməsi, həmin məmurların köklü şəkildə ifşası da Azərbaycan dövlətçiliyinə Qarabağın xilası qədər vacibdir. Allahın nəzəri bütünlüklə Azərbaycanın üzərində olacaq. Çünki halalı və haramı ayırd edən xalq milli mənafeləri və haqqı düşünürsə, Allahın da nəzəri dövlətin və xalqın üzərində güclənir. Dünya dövlətləri içərisində Azərbaycanın gücü və qüdrəti daha da artacaq. Biz Ali Baş Komandanın yanındayıq. Onun çağırışına hər bir kəs, xüsusilə aydınlar, Azərbaycan dövlətçiliyinin mənafeyini düşünən, ölkəmizin daha da güclənməsini istəyən fikir adamları ictimai rəydə o cür korrupsionerlərin də ifşasında Azərbaycan dövlətinə dəstək olmağa imanları ilə borcludur”.
Akqabay Mıradov
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı































.jpg)
.jpg)




