Uşaq bağçasındakı hadisənin əsl səbəbi budur
Bizi izləyin

Qırmızı.az

Uşaq bağçasındakı hadisənin əsl səbəbi budur

İsmayıllı rayonunda 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçinin azyaşlını vurması ilə bağlı cəmiyyətdə bir çox fikirlər səsləndirildi. Önə çıxan əsas məsələlərdən biri də ölkəmizdə sevmədiyi işlə məşğul olan və buna görə də əsəbi, gərgin vəziyyətdə çalışan peşə sahiblərinin bu cür hallara daha çox səbəb olmasıdır. Belə ki, ətrafına kinini, yığılıb qalan aqressiyasını püskürən insanların belə hadisələrdə əsas səbəbkar olması bir daha ön plana çıxdı.

İnsanın sevmədiyi işlə məşğul olması bu kimi hallara necə təsir edir? Uşaqlarımızı etibar etdiyimiz tərbiyəçilərin və ya müəllimlərin peşələrinə olan sevgisi və ya sevgisizliyi bu gün cəmiyyətə necə təsir edir?

Publika.az">Publika.az-ın suallarını ekspertlər cavablandırıb.src="/storage/files/upload/45a1a3e683bba2a909497779044300bcebc9910f.png" style="width: 700px; height: 550px;" class="fr-fic fr-dib fr-fil">Psixoloq Vəfa Əkbər hesab edir ki, bu gün həqiqət ondan ibarətdir ki, xeyli sayda insan sevmədiyi peşəni icra edir: Onlar buna məcburdur. Maliyyə, ailədə olan iqtisadi böhran həmin şəxsin peşəyə olan sevgisini üstələyir. Bəziləri isə düşünür ki, evdə oturmaq əvəzinə, bağçadır da, gedim işləyim. Uşaqlara yemək verəcəm və ya yatızdıracam. İşinin təkcə bundan ibarət olduğunu sanır. Həmin şəxslər demək olar ki, əksər hallarda işlərə dırnaqarası baxırlar. Bu səbəbdən də bu gün bir çox sahədə peşəkar tapmaq çətindir. Çünki həmin şəxsin əgər tanışı varsa və ya orda kiminsə əli keçərlidirsə, o işə də gəlir. Nəticədə isə bu cür qeyri-peşəkarlıq ortaya çıxır ki, bu da aqressiya püskürdür, böyük problemlərə, travmatik davranışlara səbəb olur”.

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, o adam xoşbəxtdir ki, təyinatına uyğun sevdiyi işlə məşğul olur: “İnsan öz təyinatı üzrə sevdiyi işlə məşğul olanda potensialı daha çox açılır. Ancaq özünə xoş gəlməyən işlərlə məşğul olanda potensialı toz-torpaq altında qalır. Buna görə də biz peşəyə sevgini təbliğ etməliyik. Peşə sahibləri elə seçilməlidir ki, onların öz ixtisaslarını sevdiyini, işinin öhdəsindən necə gəldiyini yoxlamaq mümkün olsun. İstər müəllimlərdə, istərsə də digər peşə sahiblərində işə sevgi mütləq olmalıdır ki, bu kimi xoşagəlməz hallarla qarşılaşmayaq. Bununla yanaşı, müəllimlərin üzərinə qoyulan tələblər də yüngülləşməlidir. Yəni insanı əlavə işlə yükləmək ona işini doğru icra etməyə mane olur”. src="/storage/files/upload/1c5c9aacd9a568b44fc6b95e03d6a1030f2722a1.jpg" style="width: 700px; height: 550px;" class="fr-fic fr-dib fr-fil">Sosioloq qeyd edib ki, bu gün yeni nəslin keyfiyyəti məsələsi əsas olmalıdır. Döyülən azyaşlı Azərbaycanın sabahı, həm də bu ölkənin, vətənin, dünyanın uşağıdır: “O, sabah ailəsi, ölkəsi və bütün Yer kürəsi üçün mühüm işlər görə bilər. Bizim onlara münasibətimiz tamamilə dəyişməlidir. Cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır. Cəmiyyətin fiziki cəhətdən sağlam, mənəvi baxımdan zəngin, qorxmaz, iradəli, vətənini sevən insanlarının olması üçün əlimizdən gələni etməliyik. Bu sahədə çox təəssüf ki, problem var. Günah təkcə azyaşlını döyən tərbiyəçidə deyil. 10 il bundan əvvələ qədər belə şəxslər rüşvətlə məktəbə daxil olur, oranı da rüşvətlə bitirirdilər. Yəni məktəbəqədər hazırlıq müəllimi yetişdirilməyib, sadəcə diplom verilib. Biz isə bu gün yeni nəslin ilk addımını onlara tapşırırıq”.

Ə.Qəşəmoğlu bildirib ki, kiçik uşaqlarla işləyən şəxslər tam fərqli olmalı, əməyi, öz ixtisasını sevməlidir: “Uşaqları sevmək azdır. Bağça müəllimi müasir tələblər baxımından onların şəxsiyyət kimi formalaşmasına kömək etməlidir. Bu sahədə bizim çox böyük boşluqlarımız var. Kadrlar rüşvətlə hazırlanıb, keyfiyyətli kadrlar isə azdır. Digər tərəfdən, bizim bununla bağlı ciddi fəaliyyət proqramımız olmalıdır. Burada kolleclərdə, məktəbəqədər təhsili tədris edən ali məktəblərdə o şəxslərin hansı tələblər baxımından hansı səviyyədə yetişməli olduğu əksini tapmalıdır. Çünki bu şəxslər bu gün çox mühüm peşə sahibləridir, biz onlara gələcəyimizi tapşırırıq. Bu sahədə xeyli iş görülməlidir. Burada istər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, istərsə də humanitar siyasətlə məşğul olan qurumların üzərinə çox böyük iş düşür. Bu qurumlarda mövcud olan boşluqların nəticəsidir ki, gələcəyimiz belə müəllimlər və tərbiyəçilərin əlindədir”.

Biz bu hadisədə gördük ki, valideyn hansısa səbəblərdən övladını vuran “tərbiyəçi” ilə bağlı şikayətçi olmadığını bildirdi. Ancaq dünya təcrübəsində də var ki, valideyn şikayətçi olmasa belə, ölkədə uşaq hüquqlarını müdafiə edən qurumlar zərərçəkən azyaşlı ilə bağlı məsələni qaldırır və hadisəni törədən barəsində məhkəməyə şikayət təqdim edirlər. Bəs bununla bağlı Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə qanunvericilik buna imkan verirmi?src="/storage/files/upload/db2f24b777bb7ac7324adb9faaeff5ff66536418.jpeg" style="width: 700px; height: 550px;" class="fr-fic fr-dib fr-fil">Hüquqşünas Şamil Paşayev qeyd edib ki, əgər valideyn uşaqlarının hüquqlarını kifayət qədər yaxşı müdafiə etmirsə və yaxud da burada hansısa maraqlar toqquşursa, yerli icra hakimiyyəti oraqlarının tabeliyində fəaliyyət göstərən qəyyumluq və himayəçilik, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyaları var ki, onlar məsələni öz üzərlərinə götürməlidir: “Bu komissiyalar şikayətçi ola bilir və uşağın qanuni nümayəndəsi qismində məhkəmə-istintaq və digər yerlərdə çıxış edə bilirlər”.

Hüquqşünas bildirib ki, BMT-nin 1988-ci ildə qəbul etdiyi uşaq hüquqları və onların müdafiəsi ilə bağlı konvensiyada, UNESCO-nun uşaqlarla bağlı qəbul etdiyi qərarlarda, Azərbaycan Respublikasının qanunvericiliyində, Avropa Məhkəməsində beynəlxalq hüququn və yerli qanunvericiliyin tələbinə uyğun olaraq uşaqların döyülməsi, fiziki və psixoloji zorakılığa məruz qalması qanunsuz və əsassızdır: “Bu cinayət işi hüquqi, inzibati və ya intizam xarakterli hüquqi tədbirlərlə nəticələnə bilir. Əgər bağçada müəyyən olunsa ki, həmin uşağa və ya digər azyaşlılara qarşı mütəmadi, yəni azı 3 dəfədən artıq fiziki və psixoloji zorakılıq həyata keçirilib, bu, Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə (əzabvermə) və ikinci hissəsi ilə (yetkinlik yaşına çatmayan və köməksiz şəxsə qarşı törədildikdə) 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Amma konkret olaraq tərbiyəçi vəzifəli şəxs deyil. Hadisə xidməti vəzifəsinin icrası ilə bağlı törədilib. Ancaq Cinayət Məcəlləsinin qeydində göstərilən və Konstitusiya Məhkəməsinin şərhi olan vəzifəli şəxs kateqoriyasına aid edilmir. Vəzifəli şəxs olmadığı üçün də vəzifə cinayətləri ilə bağlı araşdırma aparıla bilməz. Eyni zamanda vəzifəli şəxs olsaydı belə, burada mühüm zərər yoxdur. Ona görə də tərbiyəçiyə maksimum dərəcədə edə biləcəkləri iş İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etməkdir. Burada cərimə və inzibati həbs, tənbeh tədbirləri nəzərdə tutulur. Bu halda isə zərərçəkənin valideyni şikayətçi deyil. Onlar da şikayətçi olmadığı üçün tərbiyəçini hansısa bir inzibati və ya cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm