Qırmızı.az
Bu məmurlar da namaza başlayan Alimpaşa kimi... - Seyid Camal Əzimbəyli
Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov bildirib ki, sentyabrdan namaza başlayıb, şeir yazır, idmanla məşğul olur. Hətta iqtisadi sahədə layihələr yazır və azadlığa çıxdıqdan sonra onları reallaşdırmaq istəyir. Həbsdə olan sabiq icra başçısının bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb. Sözləri müzakirəyə çıxarılan Alimpaşa Məmmədov haqda insanlar “Niyə həbs olunmamışdan əvvəl ibadətlə məşğul olmurdu, indi namaz qılır?!” kimi fikirlər səsləndiriblər.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Publika.az-a bildirib ki, İslam dininin gətirdiyi qaydalara görə, İslamın təməl prinsiplərini bilən hər kəsə məlumdur ki, Allah tövbələri qəbul edəndir. Xırıltı boğazdan kəsilənə qədər zalım və zülmkarlardan başqa hər kim tövbə edərsə, Allah onun tövbələrini qəbul edər: “Əlbəttə ki, ortada gözəl bir nümunə var. Əgər icra başçısı işləmiş şəxs korrupsiya və rüşvətə görə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən həbs olunubsa, bu, tutarlı bir sıra faktlara dayanır. Tövbə islah olunmanın ən gözəl üsuludur. Hansısa bir şəxsin, xüsusi olaraq məmur işləmiş, dövlətin mal və mülkünü talamış, qul haqqına girmiş, müzəffər Ali Baş Komandanın etimadından sui-istifadə edərək yerlərdə insanların hakimiyyətə qarşı xoş olmayan münasibətinin yaranmasına səbəbkar olmuş bir şəxsin həbsxanada tövbə etməsi yaxşı nümunədir. Əgər şəxs namaza başlayırsa, deməli, tövbə də edir. Çünki namaz Allahla birbaşa rabitədir. Ən təhlükəlisi odur ki, insan bu islah yolunda özünü günahkar bilmədən, bunu boşluqdan, asudəlikdən, maraqdan həyata keçirirsə, günahdır. Çünki bu, qulla Allah arasında olan rabitədir. Biz bunu bilmirik. Bildiyim qədər bəzi məmurlar var ki, həbs olunduqdan sonra namaz ibadətinə gəlirlər. Bu da xoşdur, mübarəkdir”. src="/storage/files/upload/180af02ad493996aaa00748e8d716a70beea0461.jpg" style="width: 742px; height: 583.436px;" class="fr-fic fr-dib fr-fil">
S.C.Əzimbəyli qeyd edib ki, Azərbaycanda onlarla icra başçıları, məmurlar var ki, onlar Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlara əngəl olmaqdadırlar. Məhz onlar həmin icra başçısının nümunəsindən yararlanmalıdırlar: “Ən gözəli odur ki, həmin məmurlar da bu nümunədən müsbət formada istifadə etsinlər. Dəmir barmaqlıqlar arasında deyil, azad həyatda tövbə edərək dövlətə, millətə və xalqın mənafeyinə uyğun davranışlar sərgiləsinlər ki, onlar cəza aldıqdan sonra namaz ibadətinə həbsxana divarları arxasından qoşulmasınlar. Hər halda bu, təqdir olunmalıdır. Amma bu nümunədən onlarla məmurlar, icra başçıları dərs çıxarmalıdır. Nə qədər ki, dövlətin aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən həbs olunmayıblar, bu islahatlara əngəl olurlar, dövlətin yerlərdə aynası rolunda əngəllər yaradırlar, xalq içərisində narazılıq formalaşdırırlar, həmin insanlar da tövbə edərək öz əməllərinə və davranışlarına redaktə etməlidirlər. Allah tövbələri qəbul edəndir. Əgər bu, məkrli və hiylə ilə deyilsə. Çünki qəlblərdən agah olan Allahdır”.
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial22 Aprel 17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı








.jpg)









.png)














