Qırmızı.az
Hava nə vaxt sabitləşəcək?
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, yanvarın 20-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclü olub.
Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 11.0 mm, Balakən, Zaqatalada 6.0 mm, Şərur, Ağdərədə (Ordubad) 3.0 mm, Şahbuz, Daşkəsən, Göygöl, Kişçay (Şəki), Sədərəkdə 2.0 mm, Naxçıvan, Şəmkir, Quba, Qusar, Xaltan, Qrız, Qəbələ, Göyçay, İmişli, Kürdəmir, Cəfərxan, Yardımlı, Lənkəran, Şahdağ, Qobustan, Zərdab, Biləsuvar, Göytəpə, Kəlvəzdə 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü aşağıdakı kimidir:
Ağdərədə (Ordubad) 35 sm, Sarıbaşda (Qax) 27 sm, Qubada 20 sm, Kəlvəzdə 18 sm, Qrızda 16 sm, Xaltan 8 sm, Altıağacda 6 sm, Daşkəsən, Göygöl, Zaqatala, Şərur, Naxçıvanda 5 sm, Lerik, Sədərəkdə 4 sm, Balakən, Kişçay (Şəki), Şahdağda 3 sm, Qusarda 2 sm olub.
Şimal-qərb küləyinin maksimal sürəti: arabir Naftalan 30 m/s, Neftçalada 20 m/s, Mingəçevirdə 18 m/s, Salyanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Proses gün ərzində davam edəcək, axşama doğru bir qədər səngiyəcək, 21-dən ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu tədricən 3-4° yüksələcək.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)




.jpg)

.jpg)
















.jpg)


