Qırmızı.az
Siniflərdə bunlar nəzərə alınmalıdır - Həkim rəyi
Məktəblilərin sağlamlığının formalaşmasında məktəbdaxili mühit amillərin təsiri 30-40% təşkil edir. Oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, tədris stresləri, əlverişsiz məktəbdaxili mühit uşaqların sağlamlığına mənfi təsir göstərən amillərdən biridir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti Nigar Süleymanzadə bildirib.
Onun sözlərinə görə, tədris prosesinin səmərəli təşkilində məktəblilərin böyümə və inkişafı, sağlamlığının qorunması üçün əlverişli şərait yaradılmalıdır: "Məktəb mühitinin risk amillərinə mikroiqlim, işıqlanma, yeni növ tədris texnikası və tədrisə irəli sürülən gigiyenik tələblərin gözlənilməməsi aiddir.
2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən “Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində sinif gigiyenası baxımından təkmil “Sağlam Təhsil Sinifləri” yaradılıb. Bu siniflərdə bir çox saglamlığı qoruyucu və möhkəmləndirici tədbirlər görülüb.
Dərs otaqlarının sahəsi hər şagird üçün 2,0-2,5 m2-dən az olmayaraq müəyyənləşdirilib, sinifdə 24 nəfər şagird təhsil alır. Burada işçi səthin üzərində süni işıqlandırma səviyyəsi 300-500 lk təşkil edir. Bəzən kombinə edilmiş (yerli və ümumi) işıqlanmadan istifadə olunur. Sinif otaqlarının hava-istilik rejimi gigiyenik normalara cavab verir. Xəfəng və framuqalardan bütün fəsillərdə istifadə olunur. Sinif otaqlarının havasının dəyişilməsi üçün saat ərzində 4-5 hava mübadiləsi aparılır".
Nigar Süleymanzadə qeyd edib ki, otaqların təbii işıqlanması çox vacibdir: "Təbii işığın otağa keçməsini azaltdığına görə pəncərə altlığında otaq qüllərinin yerləşməsinə icazə verilmir. Gün birbaşa uşağın üzərinə düşmürsə, pərdə və jalüzlər açıq olmalıdır. Əlverişli işıq şəraitinin (işıq rejimi) yaradılmasında ətraf səthlərin rəngi (tavan, divar, mebel və s.) də mühüm rol oynayır. Sinif otaqlarının optimmüddət yüksək səviyyədə saxlanılmasına, görmə pozuntularının profilaktikasına kömək edir".
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
































.jpg)

.jpg)