Qırmızı.az
Tibb və qeyri-tibb heyətinin əməkhaqları artdı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən, həkimlərin aylıq vəzifə (tarif) maaşlarına aylıq sabit və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir.
Həvəsləndirici əlavələr sayəsində tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb.
Publika.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair 2021-ci il üzrə ilkin nəticələr" mövzusunda bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İcbari tibbi sığortanın tətbiqindən əvvəl həkim-ümumi cərrahın aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat təyin olunub: "Hazırda isə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə alan həkimin ən aşağı vəzifə maaşı orta hesabla 534 manat, ən yuxarı vəzifə maaşı orta hesabla 22 082 manatdır. Məbləğdən də göründüyü kimi, minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 36 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 50 dəfə artıb.
İcbari tibbi sığortanın tətbiqindən əvvəl həkim – oftalmoloqun aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat olmuşdur. Hazırda isə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə alan həkimin ən aşağı vəzifə maaşı orta hesabla 529 manat, ən yuxarı vəzifə maaşı orta hesabla 12 769 manatdır. Məbləğdən də göründüyü kimi, minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 34 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 30 dəfə artıb".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





