Qırmızı.az
Azərbaycanla Gürcüstan arasında müzakirə
Gürcüstanın Tbilisi şəhərində Dövlət Turizm Agentliyi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında turizm əlaqələrinin inkişafı ilə bağlı işgüzar görüş keçirilib.
Publika.az">Publika.az xəbər verir ki, görüş çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvirivişvili arasında birgə turların və məhsulların yaradılması üzrə hazırlanan “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” barəsində müzakirələr aparılıb.
Müzakirlərdə Azərbaycan və Gürcüstanın müəyyən hədəf bazarlar üçün birgə turlar və məhsullarla çıxış etməsi ilə yanaşı, müştərək marketinq və təbliğat kampaniyası aparılmasının və bu sahədə iki ölkənin turizm sənayesinin üzvlərinin qarşılıqlı fəaliyyətinin məqsədəuyğunluğu vurğulanıb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında turizm və mülki aviasiya sahəsində əməkdaşlığın prioritet istiqamətləri, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində turizmin bərpası və inkişafı, post-pandemiya dövründə turizmin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihəyə əsasən, planlaşdırılan birgə turların əsas hədəfi Avropanın bəzi ölkələri ilə yanaşı, Çin, Yaponiya, İndoneziya, Malayziya, ABŞ və Kanadadan olan, daha çox uzunmüddətli səyahətə üstünlük verən turistlər olacaq.
Xatırladaq ki, 2019-cu ildən etibarən Tbilisi şəhərində Azərbaycana turlar və səfərlər haqqında məlumatların verildiyi "Azerbaijan.Travel" adlı qonaq mərkəzi fəaliyyətdədir.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var










.png)














.jpg)
.jpg)





