Qırmızı.az
Şuşaya getmək istəyənlərə ŞAD XƏBƏR: Novruzda...
Azərbaycan Respublikasının Ermənistan işğalından azad edilmiş ərazilərinin bərpası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Həmin şəhər və rayonlara Böyük Qayıdışın təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülür.
Publika.az">Publika.az xəbər verir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə yanvarın 24-də ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Marşrutların təhlili, həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı – Şuşa – Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb. Biletlər artıq satışa çıxarılıb.
Qeyd edək ki, bu günə qədər Şuşa və Ağdama 27 reys uğurla həyata keçirilib. Fevral ayı üzrə bilet satışı artıq yekunlaşmaq üzrədir. Bakı – Şuşa – Bakı və Əhmədbəyli – Şuşa – Əhmədbəyli marşrutlarında isə bütün biletlər alınıb.
Bakı – Şuşa – Bakı istiqamətində fevralın 16-dan həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. İlkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.
Marşrutlar üzrə qiymətləndirilmələr və təhlillər davam etdiriləcək. Tələbata uyğun olaraq müvafiq qərarlar qəbul olunacaq.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





