Qırmızı.az
Təranə Paşayeva: "Uşaqlar bunun fəsadını həyatlarının sonrakı mərhələlərində yaşayır"
Uşaqlıq dövrü hər bir insanın həyatında çox əhəmiyyətli mərhələdir. Ana bətnindən başlayan və bəzən 18 yaşına qədər davam etdiyi qəbul edilən bu müddət insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Övladlarını ürəkdən istəyən hər bir valideyn onlar üçün ən yaxşısını etməyə çalışırlar. Bəzən daha yaxşı həyat naminə iş saatlarından əlavə olaraq da digər fəaliyyətlərlə məşğul olaraq ailənin maddi durumunu yaxşılaşdırmaq üçün səy göstərirlər. Əlbəttə ki, bunu bir tərəfdən təqdirəlayiq şəkildə qarşılaya bilərik. Lakin bəzən həddindən çox işə aludəçilik ailə daxilində münasibətlərə təsirini göstərir. Xüsusilə ağır iş saatlarından sonra ailədə baş verən anlaşılmazlıqlar gərginliyə çevrilə bilir və bunun fəsadlarını yalnız böyüklər deyil, uşaqlar da yaşayırlar.
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva Publika.az-a bildirib ki, bugün bir çox ailələrdə həm ata, həm də analar çalışmaqdadır. Nəzərə alsaq ki, ölkəmizdə orta günlük iş saatı 8 saat təşkil edir, o cümlədən yolda itirilən vaxtı əlavə edərsək, təxminən 9-10 saat hər gün evdən kənarda vaxt keçirilir. Ailədə nisbətən kiçik yaşlı övladları olan, özləri isə çalışan valideynlər üçün bu amil daha mürəkkəb, qayğılı şəkildə keçir: "Doğrudur, bir çox ata, analar işə gedərkən övladlarını yaxınları və ya qonşularına təslim edirlər, lakin bu şansı olmayan yetərincə valideynlərin də olduğunu unutmaq olmaz. Nəzərə alsaq ki, əksər müəssisələrdə uşaqları ora aparmaq və orda qayğısına qalmaq şəraitləri məhduddur, o zaman həmin valideynlərin məcburiyyətdən olsa belə cəmi bir yolu qalır – övladı evdə tək qoymaq.
Bəzi şəxslər burada qeyri-adi heç nəyin olmadığını, özlərinin də daha əvvəlki zamanlarda evdə tək qaldıqlarını bildirirlər. Lakin nəzərə almaq lazımdır ki, mütəmadi olaraq evdə yalnız qalan uşaq və yeniyetmələr bunun fəsadlarını həyatlarının sonrakı mərhələlərində yaşayırlar.
Aparılan araşdırmalar göstərir ki, hələ 8-10 yaşında olan, məktəbdə təhsil alan uşaqların bir neçə saatdan artıq tək qalması tövsiyə olunmur. Burada ən uyğun yaş sərhədi kimi 12 yaş görülür. Buna səbəb həmin yaşdan etibarən uşaqların özlərini daha rahat idarə edə bilməsi, çətin situasiyalarda doğru qərar qəbul etmə imkanı, evdə müxtəlif fəaliyyətlərlə rahatlıqla məşğul ola bilməsidir. Lakin qeyd olunan yaş səddindən aşağı olan digər uşaqlar üçün evdə təklik müxtəlif psixoloji və fiziki fəsadlarla nəticələnə bilər.
Bir qayda olaraq ailə diqqətindən uzaq olan, evdə daha çox yalnız olan uşaqlar və yeniyetmələrdə aqressiya, stresə meyillilik, özünü təcrid etmək, şiddət, özünəinam yetərsizliyi, qida, yuxu pozuntuları və digər psixoloji narahatlıqlar müşahidə edilir. Bəzən bu hallar daha faciəli sonluqlarla nəticələnir, uşaqlar evdə özlərinə xəsarət yetirə bilir, hətta bilməyərəkdən olsa belə həyatlarına son qoyurlar.
Bunu da qeyd etməliyəm ki, son zamanlar sosial şəbəkələr və informasiya portallarında evdə yalnız qalan uşaqların sanki fəryad etmək görüntülərini görmək məcburiyyətində qalırıq. Doğrudur, aidiyyatı qurumlar həmin uşaqların valideynləri ilə görüşərək profilaktik görüşlər aparıb, müəyyən tövsiyələr veriblər. Amma onu da nəzərə almalıyıq ki, bu bizim qarşılaşdığımız ilk hadisələr deyil. Bu səbəbdən də maarifləndirmə işlərini istər virtual aləmdə, istərsə də müxtəlif layihə və tədbirlər, görüşlər çərçivəsində sürətləndirmək lazımdır.
Bununla yanaşı burada valideynlərin öhdəliyinə bir sıra vacib və diqqət edilməli olan vəzifələr düşür. Mümkün şərait çərçivəsində övladları bir neçə saatdan artıq yalnız qoymayın. Əgər bu imkan olmasa belə, onları yaxınlarınız və ya güvəndiyiniz şəxslərə əmanət edin. Daha böyük uşaqlar və yeniyetmələr üçün günlük qrafiklər müəyyən edərək onların tək qalmaq hisslərini qismən aradan qaldıra bilərsiz. İş saatlarından sonra övladlarınıza zaman ayırın, onlarla birlikdə müxtəlif fəaliyyətlərlə məşğul olun, birlikdə dərs və tapşırıqlar, onların sevdiyi məşğuliyyətləri edin.
Qeyd etdiyim amilləri yerinə yetirməklə yarana biləcək mümkün psixoloji və fiziki fəsadların qarşısını ala bilərsiz. Bunlardan savayı övladlarınızda hər hansı bir ciddi psixoloji narahatlıqlar hiss etsəniz, mütəxəssislərə müraciət etməniz tövsiyə olunur.
Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Daha sağlam, faydalı cəmiyyət formalaşdıra bilsək, biz daha xoşbəxt və sağlam gələcəyə nail ola biləcəyik".
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO