Qırmızı.az
Nazirlik "müharibə veteranı" məsələsinə aydınlıq gətirdi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Müharibə veteranı” adının verilməsinə dair daxil olan müraciətlərlə bağlı açıqlama yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, “Müharibə veteranı” adının verilməsi üçün məlumatların “Zəfər” altsistemi vasitəsilə portala daxil edilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən komissiyanın işi davam edir. Təqdim edilən sənədlər və daxil olan müraciətlər əsasında döyüşlərdə iştirak etmiş 76 min nəfərin adı artıq “Zəfər” altsistemi vasitəsilə portala daxil edilib. 12 min 616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir.
“Müharibə veteranı” adının verilməsi ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən rəsmi qaydada cavablandırılır. Verilən cavabla qane olmayan bəzi vətəndaşlar sosial şəbəkələr vasitəsilə əsassız fikirlər səsləndirərək komissiyanın fəaliyyəti barədə ictimaiyyətdə yanlış fikir yaratmağa çalışırlar. Bildiririk ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, “Müharibə veteranı” adının verilməli olan bütün şəxslər barədə məlumatlar “Zəfər” altsistemi vasitəsi ilə portala daxil ediləcək”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı




































