Qırmızı.az
Dövlət proqramına düşən xarici universitetlərin siyahısı martın sonuna qədər təqdim olunacaq
Dövlət proqramına düşən xarici universitetlərin ilkin siyahısı martın sonuna qədər ictimaiyyətə təqdim olunacaq.
Publika.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xaricdə təhsilə dair 2022–2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirdiyi brifinq zamanı deyib.
Nazir bildirib ki, dövlət proqramı yalnız proqramda göstərilən sahələri əhatə edəcək.
"Builki proqramda universitetlərin reytinqindən əlavə, göstərilən ixtisasların həmin universitetdəki reytinqi də nəzərə alınacaq. Martın sonuna qədər nazirlik tərəfindən ilkin siyahı ictimaiyyətə təqdim olunacaq", - E.Əmrullayev deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”ı təsdiq olunub. Hər il 400-ə yaxın tələbənin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alması planlaşdırılır.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)

















.jpg)

.jpg)