Qırmızı.az
Hərraca çıxarılacaq Qarabağ atlarının ilkin satış qiymətləri açıqlandı
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin aprelin 15-də hərraca çıxaracağı Qarabağ atlarının ilkin satış qiymətləri açıqlanıb.
Publika.az xəbər verir ki, şirkətdən Report-a verilən məlumata görə, hərraca 3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan çıxarılacaq.
Onlara müvafiq olaraq 5 min manat, 7 min manat və 30 min manat qiymət qoyulub.
Xatırladaq ki, hərrac Qobustan Heyvandarlıq Nümayiş Kompleksində keçiriləcək. Hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək, atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.
Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)

















.jpg)

.jpg)