Qırmızı.az
Qazi anasının işə ehtiyacı var - ŞİKAYƏT
Redaksiyamıza qazi anası İsaqova Sevinc Baxşəli qızı tərəfindən onun işlə təmin olunmaması ilə əlaqədar şikayət daxil olub.
Tovuz rayonunun Düz Qırıqlı kənd sakini Sevinc xanım Publika.az-a açıqlamasında deyib ki, problemlə bağlı iki dəfə Tovuz Rayon İcra Hakimiyyətində qəbulda olub: “Həyat yoldaşım, mən və oğlum işsizik. İcra Hakimiyyətindəki qəbul zamanı işlə təmin olunmağımı xahiş etdim. Ali təhsilim yoxdur, bundan əvvəl də uşaq bağçasında xadimə kimi işləmişəm. Rayon Təhsil Şöbəsinə, xəstəxanasına işlə bağlı müraciətlərim də cavabsız qalıb. Müəssisədə işçiyə ehtiyacları olmadığını bildiriblər. Maddi vaziyyətimiz çox çətindir. Xahiş etdim ki, bir qazi anası kimi mənə kömək etsinlər, mən də evə köməklik edim”.
Qeyd edək ki, Sevinc xanımın oğlu İsaqov Cavid Eldəniz oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Məsələ ilə əlaqədar Tovuz Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirildi ki, şəhid ailələri və qazilər növbəli şəkildə işlə təmin olunurlar: “İcra Hakimiyyəti tərəfindən həmin ailəyə qaz xətti çəkilməsinə köməklik olunub. Həmçinin qaz xətti çəkilənə kimi oduncaqla təmin ediliblər. Ailənin işlə bağlı müraciəti də qeydiyyata alınıb. Mərhələli şəkildə işlə təmin ediləcəklər”.
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması










.webp)


















.jpg)
.jpg)


