Qırmızı.az
ABŞ-da 90 min dollarlıq təqaüd qazanan tələbə: Əsas hədəfim... - MÜSAHİBƏ
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Rəşad Əhmədov ABŞ-nin 4 universitetinin doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı qazanıb. BANM-in tələbəsi imkanları qiymətləndirərək ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester Universitetini seçib. Onun bu Universitetdən qazandığı təqaüdün məbləği 90 min ABŞ dolları təşkil edir.
Böyük uğura imza atmış Rəşad Əhmədovun Publika.az-a müsahibəsini təqdim edirik:
- Universitetlərə necə qəbul aldınız?
- Hər il bizdə universitetlərə qəbul keçirildiyi kimi, xarici ölkələrdə təhsil almaq istəyən insanlar üçün də imkanlar olur. Qəbul şərtləri hər universitet və hər ölkə üçün eyni deyil. Müxtəlif aylarda bu cür imkanlar mütəmadi olaraq yaranır. Universitetlərə qəbul vaxtı bəlli olan kimi müraciəti tələb olunan şəkildə istədiyiniz üniversitetlərə ünvanlamalısınız. Əsasən tövsiyə, motivasiya məktubları və ünvanlayacağınız müraciətlərdə daha öncəki nailiyyətləriniz barədə dolğun məlumat verməyiniz mütləqdir. Müraciətlər edildikdən sonra sizin universitetlərə qəbul olunub-olmamağınızla bağlı cavablar dekabr-yanvar aylarından çıxmağa başlayır.
- Bundan sonrakı hədəfləriniz nədir?
- Əsas hədəflərimdən biri mövcud olduğum cəmiyyətdə pozitiv təsir yaratmaqdır. Belə bir söz var: “Hamımız eyni gəmidəyik”. Ona görə də hər birimiz fərd olaraq yaşadığımız planetdə müsbət təsirlər yaratmalıyıq. Bunlarla yanaşı əsas hədəflərimdən biri də öz üzərimdə daha çox işləyərək daim dəyişən şərtlərə uyğunlaşmağa çalışmaqdır.
- Niyə məhz Roçester Universiteti?
- Mən 4 universitetə qəbul üçün müraciət etmişdim. İlkin olaraq özüm üçün 25 universitetin siyahısını hazırladım. Sonra onlar arasından 4-nü seçib müraciət göndərdim və hamısına qəbul oldum. Roçester Universitetini seçməyimin səbəbi də Kimya Mühəndisliyi sahəsində hazırda çox yaxşı araşdırmalar aparılmasıdır. Bu sahəyə marağım olduğu üçün bu universiteti seçdim.
- Təhsilnizi başa vurduqdan sonrakı planlarınız nədir?
- İlkin və ümumi hədəfim təhsilimi başa vurmaqdır. Dünyanın sürətlə dəyişdiyini nəzərə alsaq, planlarım barədə danışmaq fikrimcə, düz olmazdı. Pandemiyadan bir gün öncə biz normal həyat yaşayırdıq və bir anın içində hər şey alt-üst oldu. Ona görə də gələcək planlarımla bağlı danışmaq istəmirəm. Fikrimcə, hər birimizin əsas hədəfi sürətlə dəyişən dünyaya ayaq uydurmaq olacaq. Belə olan halda biz özümüzü yenidən kəşf edərək, daim inkişaf edə bilərik.
- Ölkəyə qayıtmaq planınız var?
- Əlbəttə. Lakin bu həm də dəyişən dünyanın sürəti ilə əlaqədardır. Biz də bu sürətə uyğun qərarlar verməliyik. Dediyim kimi, indidən konkret nəyisə deməyin doğru olacağını düşünmürəm.
- Bakı Ali Neft Məktəbinin qazandığınız uğurlarda nə kimi rolu var?
- Bakı Ali Neft Məktəbinin qazandığım uğurlarda əhəmiyyətli təsirləri olub. Mənim universitetlərə müraciət edə bilməyimə BANM-da təhsil aldığım müddətdə qazandığım nailiyyətlər kömək etdi. Məsələn, qazandığım praktika imkanları, fəaliyyət göstərdiyim beynəlxalq və yerli təşkilatlarda əldə etdiyim uğurların hər birində BANM-in rolu var. 5 ilin sonunda mən universiteti bitirərəkən təkcə hansısa texniki biliklərə sahib oldum demirəm. Mən BANM-da öyrənməyi daha yaxşı necə öyrəcəyimi inkişaf etdirdim. Bu baxımdan universitetimizin rolu çox böyükdür”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO