Qırmızı.az
Qarabağ atları hərraca çıxarılır - FOTO
Azərbaycanda ilk dəfə bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılır.
Publika.az xəbər verir ki, hərraca 3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan çıxarılır.
Onlara müvafiq olaraq 5 min manat, 7 min manat və 30 min manat qiymət qoyulub.
Bununla yanaşı, “Simmental” cinsli inəklərin və “Murciana” keçilərinin dövlət güzəşti ilə satışı həyata keçirilir. Satışda yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılır. Bununla yanaşı, kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar verilir. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.
Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.
Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.
Xatırladaq ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksi həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə texnika, heyvanlar və satış haqqında məlumatın verilməsi üçün 1659 satış mərkəzi də fəaliyyət göstərir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)

















.jpg)

.jpg)