Qırmızı.az
Rusiya-Ukrayna müharibəsi bu sahəni dirçəldə bilər - Ölkəmiz üçün İNANILMAZ FÜRSƏT
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ilin ilk 2 ayında ölkəmizə 138 ölkədən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox turist gəlib. Sözügedən müddətdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayında da artım müşahidə olunub. Xaricə gedənlərin sayı 3 dəfə artaraq 184,2 minə çatıb.
Sevindirici haldır ki, virusa yoluxanların sayı kəskin azalıb. Artıq ölkəmizə gəliş-gediş zamanı peyvənd pasportu olduğu halda PCR analiz tələbi aradan qaldırılıb. Hazırda ölkə gündəmində karantin qaydalarının ləğvi, quru sərhədlərin açılması məsələsi müzakirə olunur. Artıq əksər aparıcı ölkələr, hətta COVID-19 məsələsində kifayət qədər mühafizəkar mövqe tutan dövlətlər də yumşaldılma mərhələsinə qədəm qoyurlar. Yeni turizm mövsümünün başlamasını nəzərə alsaq, bütün bu qərarlar xüsusi əhəmiyyət daşıyır. Ekspertlər proqnozlaşdırırlar ki, PCR test tələbinin götürülməsi, eyni zamanda hazırda müzakirə olunan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər.
2019-cu ildə ölkəyə 3,2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azalıb. DSX-nin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında ölkəmizə gələnlərin 33,1 faizi Rusiya Federasiyası, 24,3 faizi Türkiyə, 13,1 faizi İran, 5,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, 1,9 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Qazaxıstan, hər birindən 0,9 faiz olmaqla Hindistan və Oman, hər birindən 0,7 faiz olmaqla Almaniya və Pakistan, 0,6 faizi ABŞ, hər birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 81,0 faizini kişilər, 19,0 faizini qadınlar təşkil edib.
Həm dünyada, həm də ölkəmizdə turizm sahəsinin mövcud durumunu şərh edən Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Publika.az-a bildirib ki, sözügedən rəqəmləri 2019-cu ilin eyni dövrü ilə müqayisə etsək görərik ki, bugünkü rəqəmlər kifayət qədər aşağı səviyyədədir.src="/storage/files/upload/2ea8d3db428f634015cb298e6bc8daf508d4458c.png" style="width: 790px; height: 790px;" class="fr-fic fr-dib fr-fil">
O əlavə edib ki, karantin qaydalarında yumşalma olsa da, turizm hələ ki, bərpa olmayıb: “Qadağalardan sonra bərpa olma müddətində biletlərin qiymətində artım oldu, hazırda da həmin qiymətlər aşağı düşməyib. Hazırkı qiymətlər pandemiyadan əvvəlki rəqəmlərlə müqayisədə kifayət qədər yüksəkdir. Bəzi hallarda hətta 3-4 dəfə artım olub. Beynəlxalq turizm mübadiləsində avianəqliyyatlar xüsusi rol oynayır, nəqliyyat xidmətləri də təklif olunan ikitərəfli qiymətlərə təsir göstərir. Bu gün səyahət edənlərin sayının azalmasında qiymət artımı faktoru da rol oynayır. Eyni zamanda turizmin əlçatanlığı azalıb. Müxtəlif sosial xidmətlərin qiymətləri bəzi şəxslərin maliyyə durumları üçün uyğun deyil. Turizm ümumbəşəri bir varlıqdır və bu fəaliyyət hər kəs üçün əlçatan olmalıdır. Turizmin içərisində bir çox bahalı təkliflər də var. Ancaq bu o demək deyil ki, bütün turizm dünya üzrə bahalaşmalıdır. Konstitusiyada göstərildiyi kimi, Azərbaycan vətəndaşlarının müxtəlif hüquqları ilə yanaşı, istirahət hüququ da təmin olunmalıdır. Bunun üçün ən yaxşı üsul turizm fəaliyyətləridir. Burada müalicə, dərketmə, ekstrim, istirahət və s. kimi fəaliyyətləri sadalamaq olar ki, bunun da üzərində çalışmaq lazımdır.
Turizm bütün siyasi, iqtisadi, sosial, hərbi proseslərə nisbətdə çox həssas bir sahədir. Yəni hər hansı bir istiqamətdə dəyişiklik olursa, bu, turizmə mənfi təsir göstərir. Hazırda bu mənfi təsirlər davam etməkdədir. Geosiyasi vəziyyət və regionda olan münaqişələr turizmə təsir edir. Azərbaycan bu vəziyyətdə düşünməli, yeni bazarlara əl atmalı, yeni hədəf ölkələr seçməlidir. Pandemiyadan öncə 6 ölkədə turizm nümayəndəliyimizin açılacağını bəyan etmişdik. Bu ölkələri bir daha nəzərdən keçirmək lazımdır”.
“Rusiya vətəndaşları Azərbaycana cəlb olunmalıdır”
S.Dübəndi hesab edir ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsi fonunda Moskvaya tətbiq edilən sanksiyalardan turizmin dirçəldilməsi üçün istifadə edə bilər: “Təxminən 148 milyon əhalisi olan Rusiya vətəndaşları hazırda bir çox ölkələrə gedə bilmir. Azərbaycan bundan məharətlə istifadə etməlidir. Biz xüsusilə də yay mövsümündə Rusiya turistlərinə burada müxtəlif təkliflər edə bilərik. Rusiyanın bir çox əraziləri şimal bölgələridir, hansı ki, orada insanlar çox günəş görmürlər, vitamin çatışmazlığı və s. hallar olur. Buna görə də onlar çalışırlar ki, daha çox cənub ərazilərinə üz tutsunlar və bu çatışmayan məsələləri bərpa etsinlər. Yayda Azərbaycan düzgün turizm siyasəti aparsa və buna tezliklə reaksiya versə, ölkəmizdə bu sahədə canlanma olar. Artıq bununla bağlı qərarlar qəbul olunmalı, hər bir xalqa uyğun olaraq müxtəlif turizm məhsulları ortaya çıxmalıdır. Rusiyalı turistlər üçün daha çox nə maraqlıdırsa, bunun üzərində iş aparılmalıdır. Yəni buna yaxın və yaxud bu cür fəaliyyətləri Azərbaycanda təklif edə bilirikmi, edə bilmiriksə, onları hazırlamaq lazımdır və bunun əsasında ola bilsin ki, yeni turizm məhsulları üzə çıxsın”.src="/storage/files/upload/0d2180582487d03bfdc37688ffb4f75b7e2e15c9.jpg" style="width: 962px; height: 490.929px;" class="fr-fic fr-dib fr-fil">
"Turizm fəaliyyətləri müxtəlifləşdirilməlidir"
Ekspert qeyd edib ki, yaxın gələcəkdə turizmdə canlanmanın olacağını söyləmək çətindir: “Xaricə gedən azərbaycanlıların sayı gəlmə turizmdən daha çoxdur, bunu rəqəmlər də göstərir. Gəlmə turizm bizim üçün çox maraqlıdır və çalışmalıyıq ki, gələn turistlərin sayını həm tənzimləyək, həm də onları pandemiyadan əvvəl olduğu kimi kütləvi formaya gətirib çatdıraq. Tənzimlənməyəndə bir sıra fəsadlar üzə çıxır, o cümlədən ətraf mühitə vurulan zərərlər. Xüsusilə son illər Azərbaycan ərəb ölkələrindən gələn turistlərin fonunda biz bir sıra problemlərlə üzləşdik. Onların ölkəmizdəki davranışları səs-küyə səbəb olurdu və bir sıra xoşagəlməz hallar yaşandı. Bunu tənzimləmək lazımdır. Bizə daha faydalı olar ki, çoxlu pul xərcləmək imkanı olan ölkələrin vətəndaşlarını ölkəmizə cəlb edək. Bu da daha zəngin və daha çox səyahət etməyə meylli olan ölkələrin vətəndaşlarıdır.
Son illər ərzində Azərbaycanın xaricdə açdığı nümayəndəliklərlə bağlı da məsələ var. Orada bizi təmsil edən Azərbaycana aidiyyəti olmayan marketinq şirkətləridir. Arzuolunandır ki, Azərbaycan turizmini öz vətəndaşlarımız təmsil etsinlər. Ola bilər ki, onlar həmin bazarları daha yaxşı tanıyan digər marketinq şirkətləri ilə əlaqələr qurub əməkdaşlıq etsinlər. Ancaq təmsilçilərin yerli vətəndaşlarımız olması daha məqsədəuyğundur. Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini, dünyaya nümayiş etdirməyi və digər detalları xaricilər soydaşlarımızdan daha çox istəyə bilməz. Ona görə də bu nümayəndəliklərin işinə bir daha baxmaq lazımdır. Açılışı 2019-cu ildə olan Rusiyada belə bir qurumun hələ ki, nə fəaliyyətini, nə nailiyyətlərini görə bilirik. Bu kontekstdə hədəf seçdiyimiz ölkələrin siyahısına bir daha baxmaq, nümayəndəlik açılan ölkələrin işini canlandırmaq lazımdır”.
Samir Dübəndi vurğulayıb ki, turizm fəaliyyətlərinin müxtəlifləşdirilməsinə ehtiyac var: “Son illər regionlarda, mühafizə olunan təbii ərazilərdə və bir sıra məkanlarda infrastruktur işlərinin aparılmasına baxmayaraq, Azərbaycan müxtəlif turizm fəaliyyətləri təklif etməlidir. Biz təbii, yaşıl, kənd, aqrar, ekoloji turizmi ümumiləşdirsək, bunları bir o qədər də məhsula çevirib dünya bazarına çıxara bilməmişik. Bunun üzərində də çalışmaq lazımdır. Azərbaycan təkcə Bakı şəhərindən və inkişaf etmiş bir sıra turizm məkanlarından ibarət deyil. Ölkəmizin ərazisinin müxtəlif guşələrində bir sıra imkanlar var. Bu imkanlar həm təbii, həm də insan tərəfindən yaradılan, tarix boyu olan mədəni tarixi abidələrimiz, bir sıra turizm resurslarımızdır ki, onlardan düzgün və məharətlə istifadə edib yeni məhsullar yaradaraq turizmi inkişaf etdirməliyik. Əgər biz bunun üzərində çalışsaq, bu yay bir qədər canlanma ola bilər. Təkcə bir regiondan turist görmək arzusunda deyiliksə və bunun coğrafiyasını genişlədirmək istəyiriksə, bu sahənin üzərində çalışmaq lazımdır. Burada hava nəqliyyatının üzərinə müəyyən məsuliyyət düşür.
Turizm operatorları və hava nəqliyyatı şirkətləri arasında bir uçurum var, əlaqələr möhkəmlənmir. Yalnız müntəzəm işləyən reyslərdir. Ancaq turist daşınmalarına baxsaq görərik ki, burada ən böyük pay çarter reyslərin üzərinə düşür. Bu reyslər isə tur operatorlarla aviaşirkətlər arasında əməkdaşlıq nəticəsində əmələ gələn reyslərdir. Bunlar uzunmüddətli, qısamüddətli və mövsümi ola bilərlər”.
Bəs hazırda insanlar daha çox hansı istiqamətlərə bilet alırlar?
src="/storage/files/upload/7eb9f61bc762ed23ea1a2477512dfafa36f3e6be.jpg" style="width: 975px; height: 893.75px;" class="fr-fic fr-dib fr-fil">
“Yes Travel” turizm şirkətinin satış meneceri Aynur Hüseynovanın sözlərinə görə, azərbaycanlılar daha çox Türkiyəyə bilet sifariş edirlər:
“Virusun yeni yayıldığı müddətdə biletlərin, tur-paketlərin qiymətlərində artım müşahidə olunurdu. Sonralar bir müddət müəyyən kampaniyalar həyata keçirildi və qiymətlərdə endirim təklif olunurdu. Əvvəllər Azərbaycan Hava Yollarından (AZAL) öncədən bilet alanda bu, daha aşağı qiymətə başa gəlirdi. Ancaq indi əksinədir, yaxın tarixlər üçün alınan biletlərdə endirimlər tətbiq olunur. Hazırda ən çox tələbat Türkiyə istiqamətindədir. Həm tur-paketlərdə, həm də biletdə bu istiqamətə daha çox tələbat var. Biletlərin indidən yay mövsümü üçün aşağı kampaniyalı satışı həyata keçirilir. “Buta Airways” aviaşirkəti kampaniya elan etdiyi zaman daha çox bilet satılır. Hazırda bizim şirkətdə də daha çox yay ayları üçün Türkiyə istiqamətinə “Buta Airways” biletləri satılıb.
AZAL isə daha yaxın tarixlərə nisbətən sərfəli biletlər satışa çıxaranda İstanbulun yeni hava limanına uçduğu üçün müştərilər arasında ona da tələbat olur. Amma ən çox satılan “Buta Airways” hava yollarının kampaniya biletləridir”.
A.Hüseynova qeyd edib ki, ikinci ən böyük tələbat Türkiyə ilə bərabər formada olan Rusiya istiqamətinədir: “Rusiya istiqamətinə hədsiz maraq artıb. Hazırda bu istiqamətdə bilet almaq üçün daha çox maraq var və ən çox satış da ora olur. Ancaq Rusiya müharibə ilə bağlı biletlərin qiymətini həddən çox artırıb. Ümumiyyətlə, bu istiqamətdə boş yer tapmaq bəzən qeyri-mümkün olur”.
Turların qiyməti
Aynur Hüseynova bildirib ki, turların qiyməti daha çox bir nəfər üçün 550 dollardan başlayır: “Paketə 7 gecə, 8 gün olmaqla, hər şey daxildir. Hazırda Əbu-Dabi, Dubay istiqamətinə də mövsüm olduğu üçün daha çox tələbat var. Əbu-Dabiyə aşağı büdcəli “With Air” aviaşirkəti uçuş həyata keçirdiyi üçün oranın da biletləri çox ucuzdur, gediş-dönüş 100-120 manat aralığında olur. Hazırda bura da tələbat var.
May ayı üçün Belarus sanatoriyaları 7 gün 891-1053 dollar, Barselona-Madrid-Sevilya-Qranada-Valensiya turu 1110 avro, iyun ayı üçün Fethiye turu 7 gecə, 8 gün olmaqla 645-1810 dollar, Bodrum 1 600-1700 dollar, Antalya 780-1255 dollar, 5 günlük Dubay və Şarm əş-Şeyx 500-700 dollar, Quşadası 540-800 dollar, Budapeşt-Praqa turu 505 dollar, avqust ayı üçün 7 günlük Monteneqro turu isə 810-1455 dollardır”.
Qeyd edək ki, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 43,3 faizi dəmir yolu və avtomobil, 54,8 faizi hava, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,3 dəfə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artmışdır. Ölkə vətəndaşlarının 40,5 faizi Türkiyəyə, 24,9 faizi Rusiya Federasiyasına, 11,7 faizi İrana, 7,8 faizi Gürcüstana, 15,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 68,3 faizini kişilər, 31,7 faizini qadınlar təşkil edir.
Xatırladaq ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Ölkəmizin pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın olub.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı