Qırmızı.az
Nazirlik dələduzlarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ: İNANMAYIN
Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və nazirliyin tabeliyindəki qurumların “Facebook” səhifələrinin rəy bölmələrində müraciətlərini qeyd edən ayrı-ayrı vətəndaşlara qarşı istifadəçi adı “Hesen Aqayev”, “Röyalə Kazımlı” və digər şəxslər (və ya şəxs) tərəfindən dələduzluq edilməsinə dair məlumatlar daxil olur.
Publika.az xəbər verir ki, bununla bağlı ƏƏSMN-nin mətbuat katibi Fazil Talıblı məlumat paylaşıb.
Onun sözlərinə görə, məlumatlarda həmin şəxslərin vətəndaşlarla “Facebook”un mesaj bölməsi vasitəsilə əlaqəyə keçərək özünü nazirlik əməkdaşı kimi təqdim etdikləri, müraciətlərinə baxılması (ünvanlı yardım təyinatı, əlillik təyinatı, mənzil növbəsinə qeydiyyat və s.) üçün onlardan əvvəlcə fərdi məlumatlarını, sonrasa xidmət müqabilində müəyyən məbləğdə pul köçürmələri tələb etdiyi, hətta bəzi şəxslərin aldanaraq vəsait ödədiyi bildirilir.
Nazirlik rəsmisi bununla bağlı vətəndaşların da təqdim etdiyi məlumatlarla birgə müvafiq materiallar aidiyyəti üzrə araşdırılması üçün cinayət təqibi orqanlarına təqdim edildiyini bildirib:
"Vətəndaşlara sosial xidmətlərin heç bir halda ödənişli olmadığını bildirir, sosial mediada diqqətli olmağı, ödəniş müqabilində köməklik göstərəcəyini vəd edən dələduzlara inanmamağa çağırırıq".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)



























.jpg)
.jpg)
