Qırmızı.az
Bu təsdiqlənərsə, Azərbaycan “Avroviziya”nı boykot edə bilər
Azərbaycanın münsifləri nə üçün müsabiqədən kənarlaşdırılıb? Ötən gün başa çatan “Avroviziya 2022” yarışmasının rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs verdiyi görsənir. Azərbaycanın bu yarışla bağlı münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirir. Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova bu qərarın elan edilməsi üçün canlı bağlantının alınmadığını açıqlayıb. O, bu bağlantının qarşı tərəfin günahı ucbatından alınmadığını qeyd edib.
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.
O, bildirib ki, qarşı tərəf, “Avrovizion 2022” təşkilatçıları, Avropa Yayım Birliyi isə bununla bağlı rəsmi açıqlama veriblər. Onlar Azərbaycan da daxil olmaqla 6 ölkənin münsiflər heyətinin səsvermə qaydalarını pozduğunu və manipulyasiya etdiyini bildiriblər. Buna görə də bu ölkələrin münsiflərinin qərarları ləğv edilmiş və qaydalara uyğun olaraq təşkilatçılar əvvəlki mərhələnin nəticələrini əsas götürərək özləri ölkələr üzrə balları qeyd ediblər.
Kimdir günahkar?
Osman Gündüz hesab edir ki, burada üç mümkünvariant ola bilər:
1. “Avroviziya” kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək münsiflərimizi yarışdankənarlaşdırıb
2. Ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı fikir ayrılığı olub və bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq informasiya sızıb. Yarışın qaydalarına görə bu tip hallarda nəticələr nəzərə alınmır.
3. Güman etmək olar ki, Münsiflər heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar.
Yəni, necə deyərlər, səsvermədə məqsədyönlü olaraq iştirak etmək istəməyiblər.
Nə etməli?
Ekspert qeyd edib ki, AYB artıq rəsmi qərarını verib. Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib. Münsiflər heyəti isə bunu təkzib edir: “Düşünürəm ki, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi , münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi və yekun nəticələr əsasında rəsmi açıqlama verməsi doğru olardı.
Əgər yuxarıdakılardan 1-ci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər”.
Qeyd edək ki, “Avroviziya 2022” mahnı müsabiqəsində Azərbaycan 12 xalı Böyük Britaniyaya deyil, Ukraynaya verib. Bu barədə aparıcı Nərmin Salmanova İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində məlumat verib. O bildirib ki, münsif səsverməsi zamanı texniki problem yaşanıb. Bu səbəbdən Azərbaycandan səsləri o yox, Martin açıqlayıb. Məsələ ilə bağlı araşdırma aparılır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


