Qırmızı.az
Azərbaycan qastronomiyası ilə bağlı əsas hədəflər... - Azadə Hüseynova
Azərbaycan milli kulinariya irsi, qastronomiyası ilə zəngin dövlətdir. Bunu ölkəmizə gələn bütün turistlər də təsdiq edir və onlar qeyd edirlər ki, Azərbaycan qastronomiyası qeyri-maddi mədəni irs elementi olaraq çox zəngindir. Strategiyamızın əsas hədəfi Azərbaycan qastronomiyasını beynəlxalq arenaya çıxarmaq, eyni zamanda qeyri maddi-mədəni irs elementi kimi qastronomiyanı daha dərindən öyrənmək, onun geniş imkanlarını araşdırmaqdır.
Bunu Publika.az-a Azərbaycan Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
O bildirib ki, bununla paralel olaraq, əsas hədəflərdən biri həm də Azərbaycan qastronomiyasını dünyada təbliğ edə biləcək kadrların yetişdirilməsidir: “Biz kadrlar deyəndə ilk olaraq aşpazları nəzərdə tuturuq. Bu baxımdan əsas hədəfimiz aşpazlarımızın sayını artırmaq, milli qastronomiyamızı xarici ölkələrdə təmsil edəcək peşəkar gənc mütəxəssislər yetişdirməkdir. Hazırda keçirilən 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində də xeyli gənc insan çempionata qoşulub. Pandemiyadan əvvəl də burda çempionat keçirilmişdi, həmin zaman iştirakçılar bir qədər yaşlı təbəqə idi. Bu çempionatda isə daha çox gənclər iştirak edir”.
Agentlik rəsmisi qeyd edib ki, hədəflərin həyata keçirilməsi üçün strategiya sənədinin hazırlanmasına başlanılıb: “Qısa müddətdə bu sənəd bütün prioritet istiqamətləri ilə birgə hazır olacaq. Strategiya sənədinin hazırlanması ilə paralel olaraq qarşıya qoyulan hədəflərimizin həyata keçirilməsi ilə məşğul olacağıq. Hazırda baş tutan tədbir, eyni zamanda Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalı da bunu göstərir. Bu ayın sonu, gələn ayın əvvəlində Ümumdünya Aşpazlar Federasiyasının konqresi keçiriləcək. Biz o tədbirdə iştirak edəcəyik və Azərbaycandan olan gənc aşpazların təlimlərə qoşulmasını təmin edəcəyik. Ümumdünya Aşpazlar Federasiyası ilə əvvəlki dövrdə də əməkdaşlığımız olub, həmin konqres çərçivəsində də yeni münasibətlər quracağıq”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

