Qırmızı.az
İnsanlar TƏŞVİŞDƏ: ilanların bulvarı zəbt etməsinin səbəbi nədir?
Son zamanlar Dənizkənarı Milli Park ərazisində ilanlar peyda olub. Bu, insanlar arasında həyəcan yaradıb.
Məsələ ilə bağlı Publika.az-a danışan Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva qeyd edib ki, zərərverici həşəratlara və ilanlara qarşı Bulvar ərazisində xüsusi tədbirlər görülür: “Bulvar İdarəsi hər il zərərverici həşəratlara qarşı və ilanların yayılmaması üçün dərmanlardan istifadə edir. Dərmanlama prosesi hava şəraiti pis olduğu üçün bir az gecikdi. Bu dərmanlar qeyri-sabit hava şəraitində səpildikdə ətrafa yayıla bilər və bunun həm insanların səhhətinə, həm də ətraf mühitə problem yaratmaq ehtimalı var. Ümumiyyətlə, Bulvar İdarəsi bu işləri mütəmadi və cədvələ uyğun olaraq həyata keçirir”.src="/storage/files/upload/f67d0127a0a554fc8a8c34c612545c5cf7721428.png" style="width: 465px; height: 275.9px;" class="fr-fic fr-dib fr-fil">
Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov bildirib ki, yaz ayı ilanların cütləşmə dövrüdür və ona görə də onlar gözə çarpmağa başlayıb: “Aprel-may ayları ilanların ən fəal olduğu dövrdür. Çünki bu vaxtlarda ilanlar qışlanmadan oyanır. Fəallığın artdığı bu zamanda insanlar ilanlarla təbii mühitdə daha çox rastlaşır. Şəhər landşaftı isə bu heyvanların yaşaması üçün uyğun deyil. İlanların yaşaması üçün həmin yerdə kərtənkələ, siçovul, yeraltı xırda məməlilər olmalıdır. Sadaladığımız heyvanların çox olduğu yerlərdə ilanlar geniş yayılır. Həmçinin bu heyvanlar gizli, ya da yarımgizli həyat sürürlər. Yəni onların gizlənməsi, yumurta qoyması, qışlanması üçün qayaların arası, yeraltı boşluqlar kimi yerlər lazımdır. Ən əsası isə ilanlar insanların məskunlaşdığı yerlərdən çəkinirlər. Bulvar ərazisində ilanların peyda olması isə təsadüf nəticəsində ola bilər. Bəzən isə müəyyən bir yükün şəhərə gətirilməsi ilə həmin heyvanlar buraya gəlmiş olur. Xəzər dənizinin sahil olan ərazilərində hər zaman su ilanları mövcud olub. Belə sahil əraziləri su ilanlarının təbii yaşayış yerləridir. Adıçəkilən heyvanlar cütləşmə dövründə quruya çıxırlar və ona görə də topa halda olurlar. Belə olduğu halda insanların ilanlarla rastlaşması normaldır. Qeyd etmək lazımdır ki, su ilanları vətəndaşlar üçün təhlükə təşkil etmir. Yükdaşıma zamanı ehtiyatlı olmaq lazımdır. Çünki həmin yüklərin arasında şəhərə ilanlar da gələ bilər. Əslində ilanların sayı çoxalmayıb, sadəcə havalar isindiyi üçün onlar üzə çıxmağa başlayıb. İnsanlar isə bu hadisəni görərək şəhər ərazisində ilanların sayının artdığını düşünür. Əksinə, ilanların yaşadığı təbii mühit getdikcə azalır. Hər kəs bilməlidir ki, ilanların və digər sürünənlərin sayının azalması təbiət üçün də ziyandır”.src="/storage/files/upload/26179ed5ea8c0646059b0f055c4555dd6da6478f.jpg" style="width: 472px; height: 262.747px;" class="fr-fic fr-dib fr-fil">
-
Sağlamlıq18:48Qış depressiyasından necə xilas olmaq olar? - SADƏ ÜSULLAR
-
Dünya17:26Putindən böyük dəstək gəldi: Türkiyə üçün yeni dövr başlayır
-
Sosial17:22Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
-
Sosial16:06İqbal Hüseynov vəzifəsindən azad edildi - SƏRƏNCAM
-
ABŞ15:36Hər şey ABŞ-ın İrana zərbəsinə hesablanıb - Amerikalı jurnalist
-
Rəsmi xronika15:05Bu imtahan ödənişli olacaq - Prezident təsdiqlədi
-
Nida Xəbər 14:52Azərbaycanın məşhur alimi həbs olundu - FOTO
-
Sosial13:43Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi - FOTO






.jpg)




























