Qırmızı.az
Tanınmış xanımlar Azər Axşamı TOPA TUTDULAR: Onun cinsiyyəti...
Aparıcı-aktyor Azər Axşam “MTV Azərbaycan” televiziyasında yayımlanan “Üzə-düz” verilişində qonaq olarkən qadın-kişi münasibətləri, xüsusən də xəyanət anlayışı ilə bağlı qalmaqallı fikirlər səsləndirib. O, xəyanətin ən böyük səbəbkarı kimi qadınları göstərib:
"Kişilər sevdiyi xanıma xəyanət edərmi?! Kişilərin ən böyük bəlası odur ki, xəyanət edəndə fikirləşmirlər, xəyanət edirlər. Xəyanətin ən böyük səbəbkarı qadınlardır. Xəyanət edən insan ilk olaraq özünə, imanına, düzlüyünə xəyanət edir. Qadının tam hüququ var ki, ona xəyanət edən kişini tərk eləsin.
Xəyanət edən kişi də xanımının bütün istəklərini həyata keçirməlidir. Deməlidir ki, səhv etdim, məni bağışla! Sənin məndən istəyin nədir? Ev, maşın? Bəlkə qadın o məqamda deyəcək ki, səni itirmək istəmirəm! O zaman sənin insanlığın, əsl kişiliyin görünür. Qadın deyə bilər ki, gözəl insandır, səhv edib, şeytana uyub. Nə olur-olsun xəyanət düşüncəsi varsa, bu günahdır. Bu olubsa, heç kimə demə, tövbə et, həyatını yaşa. Çünki sən qarşı tərəfə doğrunu deməklə, heç nəyi düzəltməyəcəksən.
Kişilərin 90 faizi sevdiyi qadınlara acıqdan xəyanət edirlər. Xəyanətdə mən tək günahkar deyiləm ki, səndə tapa bilmədiyimi kənarda axtardım. Ona görə yox ki, səni sevmirəm.
Qadın xəyanət etməməlidir. Xəyanət bağışlanıla bilməz. Bağışlasa da, ancaq qadın bağışlaya bilər. Kişi bağışlaya bilməz. Hətta o qadın da istəməz ki, kişi onu bağışlasın. Çünki o kişi ilə yaşamaq olmaz. Qadının gözündən düşəcək.
Qadın istədiyini ucaldıb, istədiyini məhv edə bilər. Qadın böyük qüvvədir. Yuvanı düzəldən qadın olmaq lazımdır, dağıdan yox. İki insan boşanıbsa, ikisində də günah var!”
Aparıcının yuxarıda qeyd edilən fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.
Biz də cəmiyyətin üzdə olan qadınlarından teleaparıcı Azər Axşamın fikirlərinə münasibət öyrənməyə çalışdıq.
src="/storage/files/upload/e75db4692754affcd5f28d3e986538cf20bb0c30.jpg" style="width: 600px; height: 338.31px;" class="fr-fic fr-dib">
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Publika.az-a açıqlamasında dedi ki, bu yanaşmaya ən doğru cavabı xəyanət edən adam verə bilər:
“Təəssüf ki, biz xəyanət anlayışını daha çox qadın-kişi münasibətləri ilə tənzimləyirik. Amma xəyanətin kifayət qədər fərqli növləri var. Bu, eyni hadisələrə daha pis təsir göstərə bilər. Yəni vətənə xəyanət etmək bir nəfərə yox, milyonlarla insana xəyanət sayılır. Xəyanətin özündə bu məqamlar var. Şəxs təkcə özünə və ya fərdə qarşı xəyanət etmir. O, öz xəyanəti ilə ətrafdakı insanlara da xəyanət etmiş olur. Ona münasibətə, dəyərlər sisteminə, şəxsə qarşı gözləntilərə xəyanət etmiş sayılır. Amma “kişi xəyanət edər” fikri ilə razı deyiləm. Ümumiyyətlə, xəyanətin cinsi olmur. Hər iki tərəfin xəyanəti bağışlanmazdır. Kişinin də xəyanəti qadının düşüncəsinə, gələcəyinə, övladları və ailəsi ilə münasibətinə ciddi zərər vurur”.
Mehriban Zeynalovanın fikrincə, bu baxımdan xəyanəti “kişi xəyanəti” və “qadın xəyanəti” anlayışlarına bölmək yanlışdır:
“Mən belə düşünürəm. Kişinin xəyanətinə bəraət verilməsi anlayışını da qəbul etmirəm. Ümumiyyətlə, hesab edirəm ki, xəyanət birmənalı şəkildə çox pis hadisədir. İnsana təsir edən hadisələrdən sayılır. Bu, bir nəfərə yox, ətrafda olan digər şəxslərə də - 50 nəfər ailə üzvü varsa, onların hamısına eyni dərəcədə xəyanət edilmiş sayılır. Sadəcə olaraq biz öyrəşmişik ki, kişi xəyanət etməlidir. Düşünürük ki, kişilərin quruluşu belədir, xəyanət onun naturasıdır, bütün kişilər belədir – kimi fikirlər səsləndirmişik. Əvvəllər qadınlar kifayət qədər stereotiplərlə bağlı idi. Onu xoşagəlməyən atalar misalları ilə əsaslandırmağa çalışırdılar. Çünki bütün cəmiyyətdə normalar var idi. Kişi xəyanət etməli, qadın isə buna dözməli idi. Bu baxımdan Azər Axşam kişilərin xəyanətinə bəraət qazandırırsa, haqlı deyil. Amma eyni zamanda qadınların da xəyanəti birmənalı şəkildə qəbuledilməzdir. Xəyanət bir şəxsi yox, bütöv bir nəsli, ailəni alt-üst edə bilər. Mən məsələyə bu cür baxıram”.
src="/storage/files/upload/2b9a58444bd0098d1b77fdea463b1f2402c91301.jpg" style="width: 579px; height: 360.846px;" class="fr-fic fr-dib">
“Azərbaycan Uşaqlar” İctimai Birliyinin sədriKəmalə Ağazadənin sözlərinə görə, bu o demək deyil ki, qadınlar kişilərin xəyanəti üçün şərait yaradır:
“Allah Azər Axşamın canını sağ eləsin. Ən azından Azər Axşam bunu deməsin. O, həmişə öz obrazlarında xoşagəlməz bir kişini canlandırır. Əsasən də “Qız atası” serialında... Nə bilim vallah, Azər Axşamdır da, deyib. Düşünürəm ki, o, bunu sarkazmla deyib. Mən bunu ciddi qəbul etmək istəmirəm. Məsələyə, Azərin dediklərinə ciddi yanaşmıram, vəssalam. Amma məsələ ciddi qəbul olunarsa, yaxşı bir fikir deyil, necə yəni, əgər söhbət xəyanətdən gedirsə, onun cinsiyyəti olmur. Xəyanət mənə olar, sənə olmaz anlayışları ilə cinsiyyətə bölünməməlidir. Xəyanət xüsusi imtiyaza sahib deyil axı... Hər bir halda yanlış, həm də çox yanlış bir fikirdir”.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü