Gözdən pərdə asan “bacarıqlı” işbazların ifşası
Bizi izləyin

Qırmızı.az

Gözdən pərdə asan “bacarıqlı” işbazların ifşası

Bu gün qazi adının ləyaqətini, daşıdığı ucalığı öz çirkin niyyətləri üçün istifadə edənlər az deyil. Özünü qazi kimi təqdim edən işbazlar bu ad vasitəsilə öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edirlər. Onların bəziləri yalançı qazi libasına bürünüb cəmiyyətin bir hissəsinin gözünə pərdə çəkməyi də bacarır. Bu “bacarıqlı” işbazlar fərqli yollarla dövlətdən, ayrı-ayrı şəxslərdən şəxsi mənafeləri üçün istifadə etməyə çalışır və bu hədəflərinə çatmaq üçün istənilən yola əl atmaqdan çəkinmir.

Bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi, imtiyazlar əldə etmək məqsədilə dövlət orqanlarını şantaj etməsi, müxtəlif səhnələr quraraq dövlət orqanlarını qınaq hədəfinə çevirmək cəhdləri bir sıra narahatlıqlara səbəb olur. Şəhid ailəsi və qazi adına ləkə gətirən belə hallar cəmiyyətdə təəssüf doğurur. Üzərinə yanacaq töküb özünü “yandırmağa” cəhd edən, dövlət qurumlarını müxtəlif yollarla şantaj edən müharibə ilə əlaqəsi olmayan “veteran” və “əlillərin” törətdiyi qanunazidd əməllər göstəriş üçün hazırlanan şoudan başqa bir şey deyil. Həqiqi qazilərimiz bu haqsızlığa, qazi adının ucuzlaşdırılmasına layiq deyil.

src="/storage/files/upload/dee58c889a17c0d5ec84dc2d5a614fbf036b7b8a.jpg" style="width: 340px; height: 250.467px;" class="fr-fic fr-dib fr-fil">

Mövzu ilə bağlı Publika.az">Publika.az-a danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qazilərimizin müqəddəs adından öz çirkin əməlləri üçün istifadə edənləri həqiqi qazilərimizə qarşı hörmətsiz əməl hesab edir:

“Qazi, şəhid ailəsi adından sui-istifadə yolverilməzdir. Qazilik məktəbinin dəyərini anlayan və bu Vətənin, dövlətin, bayrağın, əzəli və əbədi Qarabağ torpaqlarının bütövlüyü uğrunda şəhadət şərbətinə təşnə olan qazilərimiz heç vaxt qazi adını istismar etməzlər, istismar edənlərin də önündə həmişə fədakarlıqla dayanarlar. Ancaq çox üzücü haldır ki, son vaxtlar həqiqətən hüquq-mühafizə orqanları, eyni zamanda qazilərimizin özləri də araşdırdıqda müəyyən olunur ki, qazi olmayan yüzlərlə insanlar o müqəddəs addan “məharətlə” sui-istifadə edirlər. Onların zərərsizləşdirilməsi prosesinə dövlət start verib, bu işlər davamlı olmalıdır. Bu məsələdə əsl Vətənsevərlər, Qarabağsevərlər, dövlətin varlığı uğrunda təmənnasız canı, qanı və şərəfi ilə mücadilə verən qazilər də yardım etməlidirlər ki, o cür insanlar ifşa olunsun. Bu, onların zərərsizləşdirilməsi prosesini daha da tezləşdirə bilər”.

Şərqşünas bu cür əməllərin Vətən, dövlət adına həqarət olduğunu bildirib: “Həmin insanların iyrənc əməllərindən əsl qazilər, şəhid ailələri də narahatdır. Bu, ayıbdır, qazi olmayanlar həyasızcasına etdikləri bu hərəkətlərlə əsl qaziləri, Vətən üçün canından, qanından keçən həqiqi haqq sahiblərini kənarda qoyurlar. Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları artıq bu cür qazilik institutunun əleyhinə yönələn, xüsusilə də bu addan sui-istifadə edən dələduzların dərhal cəzalandırılması üçün hərəkətə keçiblər. Onlara qarşı mübarizə davamlı olaraq aparılmalıdır. Digər tərəfdən də ictimai müqavimət gücü ilə bu şəxsləri qınamalı, onları ifşa etməliyik”.

src="/storage/files/upload/707a7e0a802fa7cda7a3bb15e1740ca320d53c6b.jpg" style="width: 329px; height: 219.333px;" class="fr-fic fr-dib fr-fil">

Milli Məclisin üzvü Ceyhun Məmmədov qazi və şəhid ailələrinə dövlətin hərtərəfli dəstəyi, diqqət və qayğısından danışıb: “Bu cür məsələlərdə hər bir vətəndaş obyektivliyi qorumalıdır. Bu gün dövlətimiz şəhid ailələrinə diqqət və qayğı göstərir. Bu kateqoriyadan olan çox sayda insan mənzil və avtomobillərlə, təqaüdlə təmin olunub. Hər kəsə də qanunamüvafiq olaraq cavab verilir və qiymətləndirmə aparılır. Şəhidlik və qazilik müqəddəs addır, şərəfli yoldur. Həm qazilərimiz, həm də şəhid ailələri bu şərəfi və müqəddəsliyi qorumalıdırlar. Mütləq əksəriyyət də bunu qoruyur. Ancaq zaman-zaman ayrı-ayrı insanların dövlət qurumlarını şantaj edərək haqları çatmayan nələrisə əldə etməyə çalışdıqlarının şahidi oluruq. Bu, yolverilməz haldır. Məsələnin hüquqi yolu var. Əgər kimsə narazıdırsa, fərqli baxış sahibidirsə, fərqli düşünürsə öz mövqeyini nümayiş etdirə və aidiyyəti dövlət qurumlarına müraciət edə bilər. Amma bunu bu formada həyata keçirmək, şantaja yol vermək çıxış yolu deyil və məsələni də həll etməyəcək. İnsanlar şantaj üsullarından qaçmağa çalışmalıdır. Onsuz da dövlətimiz hər kəsə dəstək olmağa çalışır və hamıya da haqqı çatanı verəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm