Qırmızı.az
Magistraturaya növbəti qəbul imtahanı keçirildi - YENİLƏNDİ
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirib.
Publika.az">Publika.az xəbər verir ki, DİM-ə istinadən xəbər verir ki, magistraturaya qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil edilib. Binalarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün imtahan zalları saatla təmin olunub.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 14 843 bakalavr ərizə təqdim edib. İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.
PMS imtahanı isə Bakıda 2 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 522 nəfər müraciət edib. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.
xxx
08:49
29 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini keçirir.
Publika.az-ın Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada aparılır.
İmtahanda iştirak etmək üçün 14843 bakalavr ərizə təqdim edib. Onlardan 13796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verir.
PMS imtahanı isə Bakıda 2 binada təşkil olunub. İmtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 522 nəfər müraciət edib.
İmtahanlar saat 11:00-da başlanır və 3 saat davam edəcək.
İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 180 imtahan rəhbəri, 1428 nəzarətçi-müəllim, 138 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp























.jpg)
.jpg)






