Qırmızı.az
Azərbaycan quru sərhədlərini sabah açır? - TƏBİB-dən AÇIQLAMA - VİDEO
Video əlavə olunub.
***
"Son aylar Azərbaycanda stabillik müşahidə olunur. Düşünürəm ki, yaxın günlərdə sərhədlər də açıla bilər. Həkim kimi bu məsələ ilə bağlı yaxın günlərdə təhlükənin olduğunu görmürəm".
Publika.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində qonaq olan TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib.
TƏBİB rəsmisi əlavə edib ki, quru sərhədlərin açılacağı təqdirdə vaksin pasportu və koronavirus testi ilə bu məsələni tənzimləmək olar.
***
Artıq uzun müddətdir ki, quru sərhədləri bağlıdır və bu istiqamətdə mövcud problemin aradan qaldırılmasının vacibliyinə dəfələrlə toxunulsa da, hələ də öz həllini tapmır. Halbuki bir çox ölkələr artıq xeyli müddətdir ki, quru sərhədlərini açıb.
Ümumilikdə isə quru sərhədlərin bağlı olması yalnız ölkəmizə gələcək xarici ölkə vətəndaşlarına deyil, soydaşlarımıza da problemlər yaradır. Hətta bugünlərdə Gürcüstan tərəfi Azərbaycanla quru sərhədlərin açılması məsələsinin ikitərəfli rəsmi və işgüzar görüşlər zamanı dəfələrlə müzakirə olunduğunu, hazırda Azərbaycan Gürcüstan, İran və Rusiya ilə quru sərhədlərinin açılması ilə bağlı qərar qəbul etmədiyi bildirmişdi.
Qeyd edək ki, Gürcüstan ötən ilin iyunun 1-dən quru sərhədlərini açıb. Azərbaycanın qonşu ölkə ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır. Ümumiyyətlə, may ayının 1-də quru sərhədlərinin açılacağı barədə məlumat yayılsa da, bu da nəticəsiz qaldı.
Qarşıdan yay turizm mövsümünün də gəldiyini nəzərə alsaq, quru sərhədlərinin açılması mühüm əhəmiyyət kəsb edir. Hazırda isə quru sərhədlərinin iyunun 1-dən açılacağı ilə bağlı fikirlər səslənir.
Doğrudanmı artıq uzun müddətdir ki, bağlı olan quru sərhədləri açılacaq?
Publika.az">Publika.az xəbər verir ki, millət vəkili Fazil Mustafa cebhe.info-ya bu haqda dəqiq məlumatının olmadığını bildirdi:
"Hər halda açılmalıdır. Əslində çoxdan açılmalı idi. Qərar versələr, qısa müddətdə açılacaq. Burada nə maraq olacaq? Dövlət özü maraqlıdır ki, ölkəyə pul gəlsin. Yaxud müəyyən məsələlər həllini tapsın. Təhlükəsizliklə də bağlı müəyyən problemlər var idi. Sağlıqla əlaqədar problem də vardı. İndi çox güman ki, bunlar yekunlaşdı, yəqin ki, açılacaq".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





