Qırmızı.az
Azərbaycanda çiyələkdə Hepatit A aşkar edilib? - AÇIQLAMA
ABŞ və Kanadada bir sıra səhiyyə agentlikləri mart və aprel aylarında alınmış üzvi çiyələklərlə əlaqəli Hepatit A epidemiyasını araşdırıblar. Artıq ABŞ Qida və Dərman İdarəsi (FDA) istehlakçıları böyük market şəbəkələrində satılan “FreshKampo” və “HEB” çiyələk markalarından imtina barədə xəbərdarlıq da edib. FDA-nın məlumatına görə, epidemioloji məlumatlar göstərir ki, 5 mart və 25 aprel tarixləri arasında satılan təzə üzvi çiyələk markaları bu epidemiyada xəstəliyin mümkün səbəbidir. Çiyələklərin rəflərdəki ömrü bitsə də, FDA meyvəni dondurub saxlayan hər kəsi onları zibil qutusuna atması barədə xəbərdarlıq edib.
Bəs bizdə vəziyyət necədir? ABŞ-dakı virus təhlükəsi bizdə də gözlənilirmi? Ölkə gətirilən və yerli istehsal olan çiyələklərdə hər hansı təhlükə yarada biləcək viruslar aşkarlanıbmı? Qida Təhlükəsizliyi Agentliyi həm ölkəyə idxal olunan, həm də yerli istehsal çiyələklərin satışa çıxarılmamışdan öncə laboratoriya müayinəsini aparırmı?
Qurumdan Publika.az-a verilən açıqlamada bildirildi ki, Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir:
“Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri gerçəkləşdirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən digər qida məhsulları kimi çiyələk məhsulundan da Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanunamüvafiq tədbirlər görülür. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”.
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO




































