Qırmızı.az
Ağcabədidə vətəndaşların qazla bağlı problemi dinlənildi
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin Ağcabədi xidmət sahəsində təşkil olunan növbəti "Açıq mikrofon" aksiyasında 20 vətəndaşın problemi dinlənilib.
Bu barədə Publik.az-a İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, görüşdə Regional İdarənin rəisi Azay Muxtarov vətəndaşların qaz təchizatı ilə bağlı ünvanladıqları müraciətləri cavablandırıb. Vətəndaşlar görüş zamanı sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, qeyri-yaşayış sahəsində ad dəyişikliyi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ediblər.
Bundan əlavə, "Səyyar qəbul otağı"nın imkanlarından Sarıcalı, Hacılar, Poladlı, Taylan kəndlərinin sakinləri də istifadə ediblər. Vətəndaşlar bu kəndlərin qazlaşdırılması ilə bağlı ünvanladıqları müraciətlərin SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna çatdırılmasını xahiş ediblər. Daxil olan hər bir müraciətin araşdırılması üçün aidiyyəti üzrə yönləndiriləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”










.jpg)



















