Qırmızı.az
Sovet dövründə çəkilən “keçilməz” kənd yolu – Şəmkirlilərin etirazı
Şəmkir rayonunun Ağlavaşlı kənd sakinləri yaşadıqları kəndin asfalt yolunun tamamilə yararsız hala düşdüyünü bildirirlər.
Adıçəkilən yaşayış məntəqəsinin sakinləri Publika.az-a açıqlamalarında söyləyiblər ki, sonuncu dəfə Ağlavaşlı kəndinə asfalt yol 30-35 il bundan əvvəl, yəni sovet hökuməti dövründə çəkilib.
Sakinlərin iddialarına görə, 15-20 ildir yolun istismar müddəti başa çatıb, asfalt örtüyü isə tamamilə dağılıb.
Müstəqillik illərində kəndi rayon mərkəzi və Gəncə şəhəri ilə birləşdirən yolun asfalt örtüyü təzələnməyib. Sakinlərin iddialarına görə, indi kəndə Gəncə və Şəmkir istiqamətindən daxil olmaq müşkül məsələdir. Yollar tamamilə sıradan çıxıb, hər iki istiqamətdə çox pis vəziyyətdədir.
Üstəlik, kənar iri yaşayış məntəqələrindən yol bərbad olduğuna görə taksilər də gəlmir. Gələnlər də baha qiymət “oxuyur”. Bir sözlə, Sakinlər aidiyyatı qurumlardan yolun çəkilişi ilə bağlı məsələni diqqətdə saxlamağı xahiş edirlər: “Dəfələrlə kənd camaatı olaraq aidiyyatı orqanlara müraciət ünvanlamışıq. Amma bir nəticə hasil olmayıb. Hətta insanlar öz ciblərindən pul qoyublar, sement alıb, beton töküb yoldakı çalaları, çökəklikləri doldurublar. Bu da bir fayda verməyib. Qısa müddət sonra doldurulan çalalar yenidən çöküb. Bir neçə il bundan əvvəl "Azəravtoyol"un əməkdaşları kəndə gəldilər. Dedilər ki, plana düşüb, yolunuzu düzəldəcəyik. Yolu qazıb, daha da pis vəziyyətdə qoyaraq getdilər. Müraciətlərimiz isə cavabsızdır, biz də bu ölkənin vətəndaşıyıq axı”.
Sakinlərin iddialarına görə Ağlavaşlı kəndini ətraf ərazilərlə birləşdirən əsas yol bir neçə dəfə dövlət proqramına salındığı deyilib. Amma bu vaxta qədər adıçəkilən yolun dövlət proqramına salınmadığı vurğulanır. Ağlavaşlı sakinləri deyirlər ki, baxımsızlıq və ögey münasibət səbəbindən kəndin yolları keçilməz olub.
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışdıq. İcra Hakimiyyətindən saytımıza bildirildi ki, Şəmkir rayonu ərazisindəki bütün təmirə və yenidənqurulmaya ehtiyacı olan yollar barədə məlumat toplanaraq aidiyyəti təşkilatlara verilib:
“Həmin siyahıda Ağlavaşlı kəndini digər yaşayış massivləri ilə birləşdirən yol da var. Nəzərinizə çatdırırıq ki, ən qısa zamanda dövlətimiz tərəfindən mərhələli şəkildə həmin yolların hər biri layihələndirilib bərpa olunacaqdır”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)








.jpg)

















.jpg)

.jpg)