Qırmızı.az
Yay düşərgələri sadəcə görüntü xarakteri daşıyır - Ekspertdən ETİRAZ
“Dünya təhsil təcrübəsinə əsasən qeyd edim ki, yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətli dövrdür. Buna görə də, uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirlməlidir. Hesab edirəm ki, valideynlər uşaqları üçün tətil planlarını əvvəlcədən, tədris başa çatmamış hazırlamalıdırlar. Tətili başlayandan sonra uşağın 3 ayı necə keçirəcəyini planlaşdırmaq çətin olur. Belə vəziyyətdə azyaşlı gününü ya küçədə, ya da kompüter qarşısında keçirməli olur. Əvvəllər, bu məqsəd üçün yay düşərgələri var idi. 1990-cı illərdən sonra düşərgələr dağılmağa başladı. Bunun əsas səbəbi də həmin binalarda qaçqın və məcburi köçkünlərin məskunlaşması idi. Nəticədə, bu gün 3 aylıq tətil var, istirahət üçün düşərgə isə yox”.
Bunu Publika.az-a açıqlamasında Təhsil eksperti Kamran Əsgərov deyib.
src="/storage/files/upload/0eac79dd504222119a363707a8492008f38a32b4.jpg" style="width: 441px; height: 238.14px;" class="fr-fic fr-dib fr-fil">Onun sözlərinə görə, əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi: “İndi bu düşərgələr yox vəziyyətindədir. İndi məktəbliləri düşərgələrə yönləndirmək çox çətindir. Çünki hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır. Ümumilikdə, bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 ayda oxumaq, yazmaq vərdişlərini yadırğamamalıdır. Hazırda düşərgələrin sayı azdır və qiymətlər reallığı əks etdirmir. Həmin düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib. Həmkarlar ittifaqlarının nəzdində 4 uşaq düşərgəsi fəaliyyət göstərir. Həmin düşərgələrdə 3 ay ərzində uşaqları ümumi qəbuletmə imkanı 3400 nəfərdir. Uşaqlar düşərgələrdə 21 gün müddətində qala bilər. Nabranda, Şüvəlanda "Olimp", "Şahin", "Aypara" uşaq düşərgələri ilə yanaşı Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Bütün valideynlər məvaqcibindən həmkarlar ittifaqına azı 1 faiz pul ödəyir. Bu da o deməkdir ki, həmin valideynlərin uşaqları düşərgələrə böyük endirimlə getməlidir. Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir. Ancaq etiraf edək ki, hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur. Çünki yay düşərgələrində əslində maarifləndirici tədbirlər, film nümayişləri, görkəmli şəxslərlə görüşlərin təşkili, yerli təbiətin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə, sadəcə görüntü xarakteri daşıyır. Sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi”.
Ekspert xatırladıb ki, Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Konvensiyasına qoşulub: “Konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir. Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə, çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar. Azyaşlıların tətildə gördükləri dəniz kənarında baş verənlər, valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır”.
K.Əsədov vurğulayıb ki, düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır: “Adambaşına 300 manat düşərgə qiyməti real deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz. Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Təhsil Nazirliyi, Rayon Təhsil şöbələri, Şəhər Təhsil Şöbələri tərəfindən həyata keçirilməlidir və hətta ilin əvvəlində təlimdə yüksək göstəricilər göstərən şagirdlər, olimpiadaların, yarışların qalibləri, buraxılış imtahanlarını yüksək səviyyədə vermiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcəkləri xəbərini eşitməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Bu həm də əlavə iş yeri deməkdir. Azərbaycanda hazırda 160 min tələbə var. Demək olar ki, onların hamısı işsizdir. Onların 70 faizi regionlardan gələnlərdir. Yaxşı olardı ki, 3 ay ərzində həmin tələbələr boş qalmasın, əlavə gəlir əldə etsinlər deyə, aidiyyatı qurumlar layihələr hazırlasın. Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb direktorları bu sahədə çalışsınlar. Bu, Azərbaycan təhsilində inqilabi addım olar”.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...