Qırmızı.az
Müavin sakinləri necə aldatdı? Tərtər İH-də 13 minlik QALMAQAL
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadovla rayonun Buruc kəndinin sakinləri arasında qalmaqal yaşanıb.
Publika.az-a bir neçə etibarlı mənbədən daxil olan məlumata görə, icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadovla kənd sakinləri arasında artezian quyusu məsələsinə görə münaqişə yaranıb.
İddialara görə, kənd sakinləri yaşayış məntəqəsinin artezian problemini həll etmək üçün şöbə müdiri Abbas Cavadova əvvəlcədən 13 min manat pul veriblər. Amma Abbas Cavadov Buruc sakinlərinin artezian məsələsini həll edə bilməyib. Sakinlər iddia edir ki, icra başçısının müavini həmin vəsaiti mənimsəyib.
Hətta icra hakimiyyəti binası qarşısında kənd sakinləri ilə Amil Cavadov arasında qarşdurma yaşandığı da bildirilir. Mənbələrimizin bildirdiyinə görə, şikayətçilərdən birinin – Məhəbbət həkimin həyat yoldaşı elə Buruc kəndinin icra nümayəndəsidir.
Əldə etdiyimiz məlumatlara görə, məsələdən, yəni 13 min manatlıq rüşvət qalmaqalından yuxarı instansiyaların da xəbəri var.
Yazıda adları keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Möhübbət
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi

































