Qırmızı.az
Namiq Əhmədzadə “Fridayvinq” üzrə keçirilən 28-ci dünya çempionatında ölkəmizi təmsil edir
“Xəzər Media Mərkəzi”nin Proqramların monitorinqi xidmətinin rəhbəri Namiq Əhmədzadə Bolqarıstanın Burqas şəhərində “Fridayvinq” üzrə keçirilən 28-ci dünya çempionatında Azərbaycanı təmsil edib.
Publika.az">Publika.az xəbər verir ki, 29 ölkənin qatıldığı dünya çempionatında 120-dən çox idmançı iştirak edir.
4 mərhələli yarışmanın artıq iki mərhələsi geridə qalıb və həmyerlimiz orada yaxşı nəticə göstərib:
“Dünyanın tanınmış idmançılarının qatıldığı belə bir yarışmada iştirak etmək və Azərbaycanı təmsil etmək qürurvericidir. Bizdə idmanın bu növü yeni inkişaf edir və gələcəkdə daha da yaxşı nəticələr əldə edəcəyimizə əminik. Lakin mən artıq “Dynamic With Bifins(DYNB) disiplin”i üzrə 75 metr üzməklə milli rekord vurmuşam”.
Qeyd edək ki, Namiq Əhmədzadə 2019-cu ildən bəri sualtı ovla məşğul olur. O, idmanın fridayvinq növü üzrə bu ilin fevral ayından ciddi şəkildə məşqlərə başlayıb. May ayında isə Azərbaycan çempionatında “Nəfəsi sabit saxlama” disiplini üzrə 3-cü yerə layiq görülüb. Namiq Əhmədzadə bildirib ki, bundan sonra dünya çempionatında iştirak etmək üçün təklif alıb: “İyunun 24-də yarışmanın son günüdür. Qaliblər bundan sonra müəyyən olunacaq”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)



























.jpg)
.jpg)
