Qırmızı.az
AZAL Bakıdan Tiflisə uçuşlara başlayır
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tiflis şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
AZAL-dan Publika.az-a verilən məlumata görə, Bakı-Tiflis-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.
AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.
Qeyd etmək lazımdır ki, Bakı-Tiflis-Bakı istiqamətində eyni zamanda "Buta Eyrveys" aşağıbüdcəli aviaşirkəti hər gün iki dəfə uçuşlar həyata keçirir.
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Gürcüstana səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl ölkəyə daxil olma qaydaları ilə tanış olmaq tövsiyə olunur.
Azərbaycana giriş qaydaları haqqında məlumatla buradan tanış olmaq mümkündür.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































