Qırmızı.az
Ağdaşda qonşu davası: üç nəfər güllələndi
Ağdaş rayonunda qonşular arasında dava baş verib, 3
nəfər güllə yarası alıb. Hadisə bu gün axşam saatlarında Ağdaş
rayonunun Qaraoğlan kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Mollayev Nəsrəddin Asim
oğlu ilə qonşusu, 1970-ci il təvəllüdlü Bayramov Azər Əziz oğlu
arasında dava baş verib. Məlumata görə, qonşular arasında
münaqişəyə A.Bayramova məxsus mal-qaranın qonşusu N.Mollayevin
həyətinə keçməsi səbəb olub.
Buna görə baş vermiş mübahisədən sonra N.Mollayev evindəki ov
tüfəngi ilə qonşusu A.Bayramovu güllələyib. Hadisə şahidlərinin
verdiyi məlumata görə, dava zamanı onları sakitləşdirmək istəyən
Nəsrəddin Mollayevin anası, 1970-ci il təvəllüdlü Mollayeva Gülzar
Fərman qızı və əmisinin arvadı, 1961-ci il təvəllüdlü Mollayeva
Simuzər Şiralı qızı da güllə yarası alıb. Yaralıların hər üçü Ağdaş
Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisəni törədən N.Mollayev tutularaq istintaqa təhvil
verilib. Hazırda hüquq-muhafizə orqanlarının əməkdaşları hadisə
yerindədir.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma
aparılır.
/virtualaz.org/
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO





































