Lider TV-də pul qalmaqalı
Bizi izləyin

Qırmızı.az

Lider TV-də pul qalmaqalı

Lider Televiziyasının “Zəif bənd” proqramı ilə iştirakçılardan biri arasında anlaşılmazlıq yaşanıb.

Publika.az-a bu barədə iştirakçı Fuad Rəsulzadə məlumat verib. 2013-cü ilin avqustunda "Zəif bənd"də oynayıb qalib olduğunu deyən Fuad qazandığı 2250 AZN-i hələ də ala bilmədiiyni bildirib: “Proqram 2013-cü ilin avqustunda çəkilsə də, veriliş 2014-cü ilin mart ayında efirə gedib. Bizimlə imzalanan müqavilədə yazılıb ki, veriliş efirə gedəndən 3 ay sonra pulu almaq hüququnuz yaranır. İyulda Lider televiziyasına 3-4 dəfə getdim, hər dəfə dedilər hələ pulumuz yoxdur, sentyabrda verəcəyik. Mən onlara dedim ki, bu boyda Lider televiziyasının 2250 manatı yoxdu ki, mənim pulumu verə. Onlar da dedi, yaydı filan... Bu yaxında yenə getdim, mənə dedilər mühasib məzuniyyətdədir. Sonra mühasibatlıqdan bir xanım mənə dedi ki, sizin pulunuz gec veriləcək, dekabrda”.

Narazı tərəf tezliklə probleminin həll olunmasını gözləyir:

“Burdan Mətbuat Şurasının sədri Əflatun Amaşov, MTRŞ sədri Nuşirəvan Məhərrəmliyə müraciət edirəm ki, bu haqda Lider televiziyasına lazımi xəbərdarlıq etsinlər”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm