Qırmızı.az
Millət vəkili yaralı jurnalistin vəziyyəti ilə maraqlandı
“Sentyabrın 8-də Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda ağır xəsarət alan Vidadi İsmayılovu yaxşı tanıyıram.
Əvvəllər Qafqaz Universitetidə fotoqraf idi, son illər isə “Aztelekom” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi idi”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz facebook səhifəsində paylaşdığı statusunda qeyd edib.
Onun yazdığına görə, həm universitetdə, həm “Aztelekom”da tədbirlərdə görüşüblər və hətta tədbirdəki şəkillərini də o çəkib:
“Qarabağ müharibəsinin iştirakçısı olduğu bilirdim, ancaq bunu heç
vaxt vurğulamırdı. Xasiyyətcə çox mehriban, dəyərli bir
insandır.
Respublika yanıq mərkəzində müalicə olunduğunu mətbuatdan oxudum.
Dünən yanına getmək istədim. 5 saylı şəhər xəstəxanasının baş
həkimi Ziya həkimə zəng etdim, vəziyyəti ilə maraqlandım, xəstənin
yanına gəlmək istədiyimi bildirdim.
Baş həkim Vidadinin bədəninin çox yandığını, vəziyyətinin hələ ağır
olduğunu, o səbəbdən yanına heç kəsin buraxılmadığını bildirdi.
Eyni zamanda, bildirdi ki, çoxları zəng edir, maraqlanır, yanına
gəlmək istəyirlər.
Təkid eləmədim. “Aztelekom”a zəng etdim. Oradan bildirdilər ki,
Vidadi partlayışdan dərhal sonra dağınıtı altında özünə güc taparaq
“Aztelekom”a zəng edib, dağıntı altında qaldığını bildirib”.
Millət vəkili qeyd edib ki, bu zəngdən dərhal sonra rabitəçilər bütün imkanlarını səfərbər ediblər, dağıntı yerinə gediblər:
“Hazırda da ailəyə maksimum köməklik göstərilir. Tez sağal, Vidadi,
sənin gülər üzün, mehribanlığın əvəzedilməzdir. Allah sənə şəfa
versin”.
Xatırladaq ki, Xırdalanda sentyabrın 8-də qaz sızması nəticəsində
bina partlayıb. Nəticədə 9 nəfər yaralanıb, 3 nəfər həlak olub.
Gülnar Əliyeva
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
































